Arama
Dəniz quldurları (korsanlar)

Adı: Dəniz quldurları.

Yerləşdiyi yer: Karayip adaları, şərqdə isə Tunis və Əlcəzair sahilləri.

Etkin olduğu dövürlər: 14-16-cı əsrlər.


Haqqında digər bilgi:

Dəniz quldurları, dəniz yolu ilə aparılan qiymətli yükləri talayaraq zorla özünüküləşdirən, haqlarında gerçəkliklərlə bərabər əfsanələrdə dolaşan quldur dəstəsinə verilən addır.

Korsan və ya korsanlar, izinli dəniz görəvlisi anlamını verən, daha sonralar isə quldurluqla məşğul olduqları üçün əsasən dəniz quldurlarını ifadə edən sözdür. Günümüzdə bir çox sahələrdə haqq yemək, başqa birisinin haqqını qəsb etmək anlamında da işlənməkdədir.

Dəniz quldurluğunun tarixi milatdan öncəyə dayandığı düşünülməkdədir. Homerosun Odessa dastanında təsvir edilmiş Ulyseanın fəaliyyəti də dəniz quldurluğuna çox bənzəmişdir. Roma sənədlərində də dəniz quldurlarının olması qeyd edilmişdir. Doğruluğu tam təsdiq edilməyən qaynağa görə Roma imperatoru Sezar dəniz quldurlarına əsir düşmüş və çoxlu miqdarda pul qarşılığında sərbəst buraxılmışdır.

15-16-cı əsirlərdə İngiltərə dəniz quldurluğu fəaliyyətinindən faydalanmaq üçün dənizdə quldurluq edən şəxsləri himayə etmiş, onlara izinli dəniz görəvlisi adını vermiş və yeni dəniz quldurları donanması qurmuşdur. Dəniz quldurluğu sistemini quran ingiltərədən sonra Fransa, Hollandiya, İspaniya, Portuqaliya və s. dövlətlərdə dəniz quldurluğu sistemini qurmuşlar. Bununla da bu dövlətlər dənizlərdə apardıqları soyğunçuluq hərəkətlərindən küllü miqdarda sərvət qazanmağa başlamışlar.

15-16-cı əsirlərdə İngiltərə dəniz quldurluğu fəaliyyətinindən faydalanmaq üçün dənizdə quldurluq edən şəxsləri himayə etmiş, onlara izinli dəniz görəvlisi adını vermiş və yeni dəniz quldurları donanması qurmuşdur. Dəniz quldurluğu sistemini quran ingiltərədən sonra Fransa, Hollandiya, İspaniya, Portuqaliya və s. dövlətlərdə dəniz quldurluğu sistemini qurmuşlar. Bununla da bu dövlətlər dənizlərdə apardıqları soyğunçuluq hərəkətlərindən küllü miqdarda sərvət qazanmağa başlamışlar.

Qərbdə Avropa dövlətlərinin dəstəklədiyi dəniz quldurlarının mərkəzi Karayip adaları, şərqdə isə Tunis və Əlcəzair sahilləri olmuşdur. Qaynaqlarda Əlcəzair sahillərində bir limanda eyni vaxtda 15-16 dəniz quldurlarına aid gəmilərin dəmirləndiyi qeyd edilməkdədir.

18-ci yüz ilin əvvəllərində Avropa dövlətlərinin qurduqları dəniz quldurluğu sistemi onlara yük olduqdan sonra 1715-ci ildə Hollandiyanın Ultreçt limanında düzənlədikləri toplantıda dəniz quldurluğu qadağan edilmişdir. Bundan sonra bir qisim dəniz quldurları donanmaya qatılmış, bir qisim dəniz quldurları isə ticarətlə məşğul olmuşdur. Ancaq bir qisim dəniz quldurları isə dəniz quldurluğu fəaliyyətinə davam etmişdir.

18-ci yüz ilin əvvəllərində Avropa dövlətlərinin qurduqları dəniz quldurluğu sistemi onlara yük olduqdan sonra 1715-ci ildə Hollandiyanın Ultreçt limanında düzənlədikləri toplantıda dəniz quldurluğu qadağan edilmişdir. Bundan sonra bir qisim dəniz quldurları donanmaya qatılmış, bir qisim dəniz quldurları isə ticarətlə məşğul olmuşdur. Ancaq bir qisim dəniz quldurları isə dəniz quldurluğu fəaliyyətinə davam etmişdir. Fəaliyyətinə davam edən dəniz quldurları 1730-cu ildən etibarən dövlətlərinin donanmaları tərəfindən təqib edilmiş, Karayip adası tutulmuş, dəniz quldurlarının əksəriyyəti həbs edilərək işgəncə ilə öldürülmüşdür. Dəniz quldurları əsasən dəniz kənarında qurulan dar ağacından asılan bir qəfəsin içinə qoyulurmuş, dəniz qulduru tədricən qalxan dəniz suyunda boğularaq və ya acından ölürmüşlər.

Dəniz quldurları təqib edildikdən sonra öncə çin dənizində yerləşən kiçik adalarda daha sonra Madaqasqar adasının yanındakı İle Sainte-Marie adasına sığınmışlar. İle Sainte-Marie adasında hələki bilinən dünyanın ilk və tək dəniz quldurları məzarlığı vardır. Məzarlıqda bir qayanın üzərində yonularaq bunlara dua etməyin, bunlar sadəcə quldurlardır yazılmışdır.

Dəniz quldurları (korsanlar)
Dəniz quldurlarını edam etmək üçün qurulan qəfəsli dar ağacı.
Dəniz quldurları (korsanlar)
İle Sainte-Marie adasında kı, dəniz quldurları məzarlığı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 3466 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?