Arama
Dağdağan (ağac)

Dağdağan örtülütoxumlular şöbəsinin ikiləpəlilər sinifinin dillenid yarımsinifinin gicitkənçiçəklilər sırasının çətənəkimilər fəsiləsinə daxil olan ağacdır. Yarpaqları xırda, uzunsov və sıxdır. Gün şuası buraxmadığı üçün kölgəsi qara və sərindir. Dağdağan ağacının 1000 ildən çox yaşadığı məlumdur. Əsasəna dağlıq ərazilərdə bitirlər. Ağacın kökləri dərinə getdiyindən uzun müddət quraqlığa dözümlülük göstərə bilirlər.

Dağdağan ağacı möhkəm və sərt olduğu üçün çobanlar çomaq (covqan) düzəldirlər. Türkiyədə dağdağan ağacından qəhvə istehsal edirlər. Cavan budaqlarından və şivlərindən səbət toxunur. Ancaq quruduqdan sonra tədricən içindən ovulduğu üçün tikintidə inşaat materialı kimi istifadə etmirlər.

Meyvələri qabıqla örtülü, xırda və dadlı olur. Qış aylarına qədər budaqda qala bilir. Dağdağanın meyvəsi, yarpaqı və budağı müalicəvi əhəmiyyətlidir. Mədə ağrılarının, öskürəyin, ayaq tərləməsi xəstəliklərinin müalicəsində, böyrək daşının təmizlənməsində, yaraların sağaldılmasında geniş istifadə olunur.

Bəzi inanclara görə dağdağan ağacı kutsal ağacdır. Ona görə də dağdağan ağacının budaqlarından kiçik ölçülü hissələr kəsərək boyunlarından və evlərinin qapılarından asırlar. Onları nəzəridən qoruyacaqlarına inanırlar.

Yazar: Şükür Məhişoğlu Oxunma: 1717 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?