Arama
Biznesə necə başlamalı? (kitab)

Adı: Biznesə necə başlamalı?.

Hazırlayanlar: Layihə rəhbəri: Nurəddin Mehdiyev, Layihə eksperti: Orxan Şahbaz, Korrektor: Tahirə Həşimova, Dizayn: Orxan Əhmədli. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi.

Tarixi: 2017-ci il.


Haqqında digər bilgi:

Biznesə necə başlamalı? kitabçası öz işini qurmaq istəyən şəxslərə istiqamət vermək, təcrübələri bölüşməklə köməklik etmək üçün yazılmış nəzəri vəsaitdir. Kitabçanın ön sözündə kitab haqqında aşağıdakılar qeyd edilir:

Bu kitabça sizin biznes ideyanızı reallaşdırmağınızda, sahibkarlıq fəaliyyətinə başlamağınızda ən yaxın bələdçiniz ola bilər. Məhz buna görə də kitabçanın adını “Biznesə necə başlamalı?” olaraq qoymaq qərarına gəldik. Kitabçada sahibkarlıq fəaliyyəti haqqında ilkin, lakin əsas məlumatlar sistemli şəkildə göstərilmiş və üçü əsas, biri köməkçi olmaqla dörd bölmədə cəmlənmişdir.

Birinci bölmə “Biznes ideyalar yaradın” adlanır və burada biznes ideyanın yaranması yolları, tapılması və seçilməsi üsulları haqqında qısa, ancaq faydalı məlumatlar verilmişdir. İkinci “Biznes planınızı tərtib edin” bölməsində biznes planın əhəmiyyəti və onun bütün altbölmələri üzrə hazırlanması qaydası haqqında, “Öz biznesinizi qurun” adlanan üçüncü əsas bölməsində biznesə başlamaq qərarının verilməsi, biznesin qeydiyyat məsələləri və zəruri işlərin planlaşdırılması ilə bağlı lazımlı məlumatlar yer alır. Sonuncu “Əlavə məlumat” adlanan köməkçi bölməsində isə biznesə yeni başlayan zaman nəzərə almağınız tövsiyyə olunan ümumi məsləhətlər öz əksini tapmışdır.

Biznesə necə başlamalı? (kitab)
Kitabın üz qabığı.

Sənədin adı: Biznesə necə başlamalı?
Yazar: Şükür Məhişoğlu Oxunma: 289 Bölmə: Kitablar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?