Arama
Beynəlxaq frankofoniya təşkilatı

Adı: Beynəlxaq frankofoniya təşkilatı.

Qurulma tarixi: 20 mart 1970-ci il.

Qurumun dərəcəsi: Beynəlxalq təşkilat.

Qurumun dili: Fıransızca.

Üzvlərinin sayı: tam üzv: 54 ölkə, qismən üzv: 7 ölkə, müşahidəçi: 27 ölkə.


Haqqında digər bilgi:

Beynəlxaq frankofoniya təşkilatı, fıransızcanın rəsmi dil olduğu yaxud əhalisinin önəmli bir bölümünün fıransızca danışdığı ya da fıransız mədəniyyəti ilə tam və ya müəyyən bağlılığı olan ölkələri birləşdirən beynəlxalq təşkilatdı. Rəsmi dili fıransızcadır. Fransız dilində “Organisation internationale de la Francophonie (qısaldılmış: OIF)” adlanır. Təşkilata 54 ölkə tam üzv, 7 ölkə qismən üzv və 27 ölkə müşahidəçi üzv olmuşlar.

Rəsmi olaraq bu ideyanın afrika dövlətlərindən gəldiyi qeyd olunsada əksər düşüncə sahibləri bu təşkilatın qurulmasının gizli sifarişçisi və təşkilatçısının fıransa olduğu qənayətindədilər. Hesab olunur ki, 1965-ci ildə bu təşkilat fıransa tərəfindən ingilis millətlər topluluğu təşkilatının durumunun güclənməsinə cavab olaraq qurulmuşdur. Digər irəli sürülən fikirlərə görə fransa əvvəlki qaydalarla afrika və digər işğal etdiyi dövlətləri talan edə bilməyəcəyini anlamış və bu təşkilatı quraraq sömürgə imperiyasının davamlılığını təmini üçün müasir dövrə uyğunlaşdırılmış yeni talanetmə mexanizmisi işə salmışdır.

Qurlması:

Bərabərlik, bütünləşmə (birləşmə) və həmrəylik ideyası ilə qurulan təşkilatın rəsmi ideya müəllifləri dönəmin Senegalın dövlət başçısı (1960-1980) Leopold Sedar Senghor, Tunus dövlət başçısı (1957-1987) Habib Bourguiba, Nigeriyanın dövlət başçısı (1960-1974) Hamani Diori hesab olunur. Onların ideyasına görə fıransız dili müxtəlif millətlərin inkişafı üçün ortaq dili olaraq onların xidmətinə təqdim edilməlidir. Bu ideyaya görə fıransız dilinin xidmətini təmin etmək üçün fıransız dilini öyrənmək, fıransız dilli əhalinin sayın artırmaq (frankofon), fıransız dilini kütləvi danışıq dilinə çevirmək və fıransız mədəniyyətini xalqların inkişafı naminə təbliğ etmək üçün mümkün şəraitin yaradılması əsas vəzifə olaraq qarşıya qoyulur.

Bu ideya ətrafında birləşən 21 ölkənin iştirakı ilə 20 mart 1970-ci ildə Nigeriyanın başkəndi Niameydə keçirilən toplantıda mədəniyyət və texniki iş birliyi agentliyi (fıransızca: l’Agence de Coopération Culturelle et Technique (ACCT)) agentliyi quruldu. 2005-ci ildə adı dəyişdirilərək Beynəlxaq frankofoniya təşkilatı qoyuldu (qaynaq: Organisation Internationale de la Francophonie-OIF veb saytı).

Təşkilatın məqsədi:

Təşkilatın rəsmi elan edilmiş məqsədləri bunlardır:

- Fransız dilini, mədəniyyətini dəstəkləmək, yaymaq, kütləviləşdirmək, mədəniyyətlər arası dialoqu təmin etmək,

- Sülhü, demokratiyanı, insan haqlarını, hüququn üstünlüyünü dəstəkləmək,

- Davamlı iqtisadi inkişafa nail olmaq, iqtisadi iş birliyini dəstəkləmək,

- Zirvə görüşündə alınan qərarları yerinə yetirmək.

Qurluşu:

Zirvə görüşü: Hər iki ildən bir keçirilən üzv dövlətlərin dövlət və hökümət başçılarının toplantısıdır. Təşkilat barəsində bütün həlledici qərarlar burda alınır.

Parlementlər məclisi: Üzv dövlətlərin məclislərarası əlaqələndirmə toplantısı görəvini yerinə gətir.

Mərkəz və ya katiblik: Təşkilatın icra orqanıdır. Alınmış qərarları icra edir və ya üzv dövlətlərin icra orqanları arasında əlaqələndirici görəvini yerinə gətirir.

Təşkilatın üzvləri:

Tam üzvləri:

Benin, Burkina Faso, Burundi, Kamerun, Cape Verde, Mərkəzi Afrika Respublikası, Komor adaları, Konqo, Konqo Demokratik Respublikası, Fil Dişi Sahili, Cibuti, Misir, Qabon, Qvineya, Ekvatorial Qvineya, Qvineya-Bisau, Madaqaskar, Mali, Mərakeş, Mavrikiy, Mavritaniya, Niger, Ruanda, San-Tome və Prinsipi, Seneqal, Seyşel adaları, Çad, Toqo, Tunis, Albaniya, Andorra, Ermənistan, Belçika, Belçika/Valloniya, Bolqarıstan, Kamboca, Kanada, Kanada/Nyu Brunsvik, Kanada/Kvebek, Dominikan, Fransa, Yunanıstan, Haiti, Laos, Livan, Lüksemburq, Şimali Makedoniya, Moldova, Monako, Rumıniya, Saint Lucia, İsveçrə, Vanuatu və Vyetnam.

Qismən üzvlər:

Birləşmiş Ərəb Əmirlikləri, Kipr, Qana, Qətər, Kosovo, Serbiya və Yeni Kaledoniya.

Müşahidəçi Üzvlər:

Argentina, Avstriya, Bosniya və Herseqovina, Çexiya, Dominikan Respublikası, Estoniya, Qambiya, Cənubi Koreya, Gürcüstan, Xorvatiya, Kanada / Ontario, Monteneqro, Kosta Rika, Litva, Luiziana, Malta, Macarıstan, Meksika, Mozambik, Polşa, Slovakiya, Sloveniya, Ukrayna, Tayland.

Yazar: Şükür Məhişoğlu Oxunma: 19 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?