Arama
Balık (şəhər)

Balık sözü Türk sözüdür. Anlamı şəhər deməkdir. Əski çağlarda Türklər şəhərə balık deyərmişlər. Balık sözü balçık (palçıq) sözündən törəmişdir. Türklər obalarda yaşadıqlarına baxmayaraq müxtəlif münasibətlər çərçivəsində qonşu bodunların (millətlərin) yaşayış yerləri ilə tanış olmuşlar.

Əski çağlarda qonşu bodunlar (millətlər) yeganə inşaat materialı olaraq balçıkdan (palçıqdan) istifadə edərək evlər tikmişlər. Yaşadıqları yaşayın məntəqəsindəki indiki dillə desək şəhərdəki bütün evlərin tamamı balçık (palçıq) gil materialından istifadə edilərək tikilmişdir.

Savaşlar yaxud iqtisadi əlaqələr zamanı Türklər bu balçıkdan (palçıqdan) tikilmiş evləri, yəni şəhəri görərək həmin evlərə, yəni şəhərlərə balçık (palçıq) adını vermişlər. Beləliklə, balçık sözü təbii anlamından başqa həm də balık olaraq şəhər anlamı verən söz kimi Türk dilinə daxil olmuşdur. Sonrakı çağlarda (əsasən Səlcuq soyunun iqtidarı zamanı) şəhər sözü daha geniş istifadə edilmiş və balık sözü tədricən işlək söz olmaqdan çıxmışdır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 342 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?