Arama
Atlı cirit oyunu

Atlı cirit oyunu at üstündə iki takım arasında oynanılan Türk oyundur. Rəqibi yenmək üçün atın üstündə dəngəni qorumaq və rəqib takımın oyunçusunu cirit ilə vurmaq istənilməkdədir. Oyunçu əlindəki ciritlə rəqibi vurduğun zaman takımına xal qazandırır. Atdan düşmək, rəqibi yaxaladıqdan sonra buraxmamaq və s. takıma cərimə xalları qazandırmaqdadır. Bəlli bir sürə ərzində oynanılan oyunun sonunda hansı takım daha çok xal qazanarsa o takım qalib gəlir. Daha ətraflı bilgi üçün videoya baxa bilərsiniz.

Bozkır mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan at, Türk toplumlarının sürətlə böyüməsində daim ön plandakı ünsürlərdən olmuşdur. Savaşçı bir yapıya sahib olan Türklər hələ uşaq yaşlarda qoyun sırtında miniciliyi dəniyir, atıcılığı öyrənirdilər. Bu anlamda savaşçı bir yapıya sahib olan və bozkır həyatının çətin şərtlərinə qarşı qoyan Türk toplumlarında idmanın irəli səviyyədə inkişaf etmiş olması olağan bir durum idi. Bütün idman hərəkətlərı savaş üçün bir hazırlıq idi. Aprel və May aylarında ilk göy gurultusu ilə başlayan sazlı, türkülü, əyləncəli Ergənəkon bayramlarında at və digər çeşidli yarışlar təşkil edilərdi.

Türklər İslamı qəbul etdikdən sonra da idman fəaliyyətlərini davam etdirdilər. Toplu olaraq yaşadıqları hər kənd və qəsəbədə (obada) düz çəmənlik bir bölgəni güləş və cirit sahəsi olaraq ayırmışlar və qorumuşlar.

Səlcuqlu Dövründə çeviklik və bacarıq istəyən atlı cirit idmanı əhəmiyyətli bir yer tutmuşdu. Atlı cırıt savaş eyitimi olması ilə yanaşı həm də bir əyləncə aracı idi.

Osmanlı Dövründə zirvəyə çıxan atlı cirit idmanı tutub bağışlama, rəqibinə kin tutmama kimi xüsusiyyətləri ilə idmançıya nəfsinə hakim olmağı öyrədir və bu sayədə böyük yetənəklərə sahib döyüşçülər yetişdirməkdə idi. Kakanın (kaqanın, xaqanın) hər çağda yaxınlığında olan Silahçı cirit oyunlarını təşkil etməklə vəzifəli idi.

Türkiyədə ilk ixtisaslaşmış klubu 1957-ci ildə Ərzurumda qurulmuş daha sonraları Erzincan, Bayburt, Ankara, Uşak, Manisa və Malatyada da atlı cirit klubları qurularaq bütün Anadoluda atlı cirit idmanı ilə as şəkildə məşğul olunmağa başlanmışdır.

Bu oyun Türkiyədən başqa, İran, Əfqanıstan və digər Türklər yaşayan ölkələrdə də oynanılmaqdadır.

Mənbə:

DİNGEÇ, Emine, Osmanlı sarayında Cirit Alayları: Lahanacılar və Bamyacılar, Milli Folklor Jurnalı, 2011.

KAFESOĞLU, İbrahim, Türk Milli Kültürü, Ötüken Yayınları, 2010.

Karcıoğlu, Uğur, Türk mədəniyyətində Atın Əhəmiyyəti və Ata Sporlarımızdan Atlı Cirit Oyunu, Anasay Jurnalı, 2007.

TEMURLENK, Özkan, Türk atçılığının keçmiş və təqdimatı 4000-İ.S.2000, İstanbul Atlı İdman Klubu, 2006.

Atlı cirit oyunu
Cirit oyunundan şəkil: rəqib oyunçu müdafiə olunurkən.
Atlı cirit oyunu
Cirit oyunundan şəkil: Oyunçu rəqibinə hücum edərkən.
Atlı cirit oyunu
Cirit oyunu ilə ilgili bir minyatur.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?