Arama
Amerika Konfedarativ Dövləti (AKD)

Adı: Amerika Konfedarativ Dövləti (AKD).

Qurulma nədəni: Avraam Linkoln tərəfdarları ilə əlehdarları arasında olan siyasi-düşüncə ayrılığı.

Yox olma nədəni: Amerika iç savaşı sonucunda Amerika Konfedarativ Dövlətinin Amerika Birləşmiş Dövlətinə (Amerika Birləşmiş Ştatları dövləti) məğlub olması.

Yer: Quzey Amerika qitəsi.

Tarix: 1861-1865-ci illər.

Başqanı: Cefferson Devis.

Başqan yardımçısı: Aleksandr Stivens.

Yasama orqanı: Konqires.

    Yuxarı məclis: Senat.

    Aşağı məclis: Təmsilçilər.

Başkəndi: Riçmond, Virciniya.

Ərazisi: 1995392 km2.

Əhalisi: 9,1 milyon nəfər.

Fərq: Amerika Konfedarativ Dövləti ilə Amerika Birləşmiş Dövləti arasında olan əsas fərq birincinin konfedarativ dövlət, ikincinin isə fedarativ dövlət olması idi.


Haqqında digər bilgi:

Amerika Konfedarativ Dövləti (AKD), Avraam Linkoln və onun tərəf olduğu siyasi-düşüncə (ideoloji)-iqtisadi düzənin əlehdarları tərəfindən, Avraam Linkoln 1860-cı ildə Amerika Birləşmiş Dövlətinin (Amerika Birləşmiş Ştatları) başqanı (prezidenti) seçilməsindən sonra Quzey Amerikanın güneyində qurulmuş dövlətdir.

Amerika Konfedarativ Dövləti, 1861-ci ilin fevral ayının 4-də Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana olmaqla 6 güney dövlətinin toplantısında elan edilmişdir. Bu dövlətlər və sonradan onlara qoşulan digər dövlətlər, Amerika Birləşmiş Dövlətinin tərkibindən çıxdıqlarını və konstitusiyaya görə mərkəzi hökümətə həvalə edilmiş səlahiyyətlərin geri alındığını elan etdilər.

Bundan sonra Amerika Konfedarativ Dövlətinin təhriki və 12 aprel 1861-ci ildə Güney (Cənubi) Karolina dövlətinin ordu başçısı general Pyer Boreqarın rəhbərliyi ilə ilk əməliyyatın başlanması nəticəsində iç savaş başladı. Dörd il sürən savaş sonucunda Şimali Virciniya qoşunlarının və AKD ordusunun baş komandanı Robert Li, ABD qoşunlarının komandanı Uliss Qrant qarşısında 9 aprel 1865-ci ildə təslimçi sülh aktına imza atdı. AKD başqanı Cefferson Devis hökümətin 2 may 1865-ci il tarixdə son iclasın keçirdi. May ayının 10-da AKD başqanı Cefferson Devis tutuldu. Ən sonda isə 6 noyabr 1865-ci ildə "Şenandoa" gəmisi təslim oldu və beləliklə Amerika Konfedarativ Dövləti tamami ilə yox oldu.

Amerika Konfedarativ Dövlət məhv olsada bu düşüncəyə malik şəxslər öz siyasi varlıqlarını davam etdirdilər. Belə adamlar əsasən Amerika Birləşmiş Dövləti Demokrat Partiyası sıralarında cəmləndilər.

Amerika Konfedarativ Dövləti (AKD)
Amerika Konfedarativ Dövlətinin bayrağı və damqası.
Amerika Konfedarativ Dövləti (AKD)
Amerika Konfedarativ Dövlətinin xəritəsi.
Amerika Konfedarativ Dövləti (AKD)
Günümüzdə Amerika Konfedarativ Dövləti bayrağını konqres binasında daşıyan bayraq.
Amerika Konfedarativ Dövləti (AKD)
Amerika Konfedarativ Dövləti bayrağı ilə bəzənmiş avtomobil.
Amerika Konfedarativ Dövləti (AKD)
Güney Karolina dövlətinin bayrağı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 290 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?