Arama
Alma

Bitginin adı: Alma.

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlular.

Şöbənin sinifi: İkiləpəlilər.

Sinifin sırası: Gülçiçəklilər.

Sıranın fəsiləsi: Gülçiçəyikimilər.

Fəsilənin cinsi: Alma.


Tərkibində olanlar:

Şəkər miqdarı və adları: 5-24%. Qlükoza, fruktoza.

Üzvü turşuların miqdarı və adları: 1.2-1.3%. Alma, limon, kəhraba.

Vitaminlərin adları: B, C.

Meneral maddələrin miqdarı və adları: Kalsium-3, dəmir-0.1, fosfor-9.5, kalium-12.9, selen-0.4, natrium-1 və başqa (100 qram almada 1 mq meneral maddə olmaqla, 1 mq / 100 q).


Müalicəvi əhəmiyyəti:

Tətbiq olunan xəstəlikləri: Nəfəs darlığı, ürək, bağırsaq, qaraciyər, revmatizma, şəkər, bədən zəhərlənməsi və başqa.


Haqqında digər bilgi:

Alma gülçiçəyikimilər fəsiləsinə aid olan bitg cinsidir. Alma 400-dən çox növləri vardır. Dünyada ən geniş yayılmış bitgi cinslərindən biridir. Asiyadan, əsasən Türk çoxrafiyasından yayıldığı məlumdur.

Alma həm qida sahəsində, həm də təbabət sahəsində geniş istifadə edilməkdədir. Almanın meyvəsi həm yaş-şirəli halda, həmdə qurudulmuş şəkildə yeyilir.

Almanın tərkibinin 24%-ini şəkər, yerdə qalanı hissəsini üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələr, B və C vitaminlər, karotin, mineral maddələr (kalium, natrium və dəmir duzları) təşkil etməkdədir.

Alma şəkərinin əsas hissəsi olan qlükoza və fruktoza ürək-damar sistemi üçün çox xeyirlidir. Mineral maddələrdən dəmir duzları xəstəliklərin müalicəsində böyük əhəmiyyətə malikdir.

Alma növündən qızıl alma adlı növ xüsusi olaraq sevilməkdədir. Qızıl alma çox gözəl qida vasitəsi olmaqla yanaşı, həmdə Qızıl Alma Türk düşüncəsinin (ülküsünün) damqası, simqəsidir.

Alma
Qızıl alma.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1320 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?