Arama
Ali Quşçu

Ali (Əli) Quşçu Türk riyaziyyatçısı (hesablayıcısı), dil və göy bilicisi (astronomiyaçısı) böyük bilginidir.

Ali Quşçu Səmərqənd də dünyaya gəlib. Atası öncə Türküstan və Maveraünnehr əmri olmuş, sonra isə Teymur soyundan 3. və sonuncu Türk kakanı olmuş Uluğ bəyin doğancıbaşısı Məhəmməddir.

İlk təhsilini Səmərqənd də alan Ali Quşçu daha sonra Bursalı Kadızadə Rumidən və Uluğ bəyin özündən riyaziyyat və göy bilimi dərslərini almışdır.

Daha sonra Kirmana gedən Ali Quşçu orda öyrənməyə davam etmiş, Nəsrəddin Tusinin Təcridül-Kəlam əsərini və şərhini öyrəndi. Sonra əsəri Şərhut-Təcrid adı ilə şərh edərək Əbu Səid Hana təqdim etdi.

Kirmanda öyrənməyini tamamlayan Ali Quşçu Kakanımız Uluğ bəyin 1421 qurduğu rəsədxanaya müdir oldu. Orda ulduzların cədvəlini qurdu. Kirmanda qələmə aldığı Hallü eşkalil-kamer adlı əsərini Uluğ bəyə təqdim etdi. Yer kürəsinin sahəsini və meridianı hesabladı.

Kakan Uluğ bəy öldürüldükdən sonra Osmanlı soyunun ilk kakanı olan Sultan Fateh Məhməd kakanın dəvəti ilə İstanbula gəldi.

İstanbulda Fateh və Mühəmməd adlı iki əsər yazdı. Yüzlərlə tələbə yetişdirdi. Ali Quşçu 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etdi.

Ali Quşçu
Ali Quşçu
Yazar: Şükür Məhişoğlu Oxunma: 360 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?