Arama
Ağrı dağı

Adı: Ağrı dağı.

Yerləşdiyi ölkə: Türkiyə.

Hündürlüyü: 5137.


Haqqında digər bilgi:

Ağrı dağı, Türkiyənin ən yüksək dağıdır. Türkiyənin şərq ucqarında, Ağrı elinin ərazisində yerləşir.

Ağrı dağı iki yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox olan daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylası və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir. Hər iki dağın ətəyinin birlikdə çevrəsi təqribən 128 km təşkil edir.

Ağrı dağı
Ağrı dağı və ona tərəf gedən yol.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?