Arama
Ağdərə (bölgə)

Qurulma tarixi: 1930-cü il 8 avqust.

Ləvğetmə tarixi: 1992-cü il 13 oktyabr.

İşğal tarixi: 1993-cü il 7 iyul.

Əhalisi: 4 600 nəfər (2015-ci ilə dair məlumat).

Ərazi: 1936 kv. km.


Haqqında digər bilgi:

Çiləbörd (Çələbiyurd), 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanmışdır. İnzibati mərkəzi Ağdərə şəhəri olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən Ağdərə rayonu ləğv edilmiş, Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.

Qarabağ müharibəsinin başlanğıcında Ermənistan silahli qüvvələri Dağlıq Qrabağın digər rayonları ilə bərabər Ağdərəni də işğal etdi. Azərbaycan ordusunun hücumu nəticəsində 1992-ci ildə Ağdərə rayonu ərazisinin bir hissəsi Ermənistanın işğalından azad edildi. Lakin 1993-cü ildə başlanan 4 iyun Gəncə qiyamı zamanı Ermənistan silahlı qüvvələri 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi. 20 sentyabr 2023-cü il saat 13:00-da Azərbaycan ordusunun 24 saatlıq terror əlehinə (antiterror) apardığı əməliyyat zamanı Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun kəndləri erməni işğalçı qüvvələrindən və terrorçuıardan tamami ilə təmizlənmişdir.

Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanaberd qalası, Herabert qəsəbəsində Hermuk qalası, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Son məlumatlara görə Talış kəndi yaxınlığındakı XII əsrə aid Urek məbədi, Qasapet kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılmışdır. Əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuş məşhur Gəncəsar alban məbədi də Ağdərə (indi Kəlbəcər) ərazisində idi.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?