Hər bilgini əhatə edən bitig
Azərbaycanda qoyunçuluq qədim tarixə malik olmaqla köçəri, yarımköçəri saxlanmış, əsasən kəndətrafı, yay-qış otlaq-örüş sahələrində, dağlıq və dağətəyi zonalarda inkişaf etmişdir.
Südlük-ətlik cins asaf qoyunu. Xüsusi yem tələbi yoxdur. Ən aşağı keyfiyyətli otla qidalana bilir. Əti iysizdir və dadlıdır.
Ətlik cins romanov qoyunu. Quzularının ilk bir ayında xəstəlik və ölüm ehtimalı yüksək olur. Quzuların doğulandan 20-25 gününə qədər gözlərinə ağ gəlməsi müşahidə olunur. Vaxtında dərman vurulduqda 3-5 gün ərzində sağalır.