Arama
Zərdüş (Zarduşt, Zərdust)

Adı: Zərdüşt (Zarduşt, Zərdust).

Doğum tarixi: m. ö. 660-cı il və ya m. ö. 13-12-ci əsrlər (tartışmalı).

Doğum yeri: Azərbaycan, qədim Muğan şəhəri yada Əfqanıstan, Bəlx şəhəri, Fələstin (tartışmalı).

Atası (babası): Aspitman və ya Poruşasp (tartışmalı).

Anasının adı: Dohdo və ya Dukxta (tartışmalı).

Qardaşları: Ratuştar, Ranquştar, Notariqə, Nivətij (tartışmalı).

Həyat yoldaşları: Üçünün adı bilinmir, birinin adı Hovəve-dır (tartışmalı).

Oğulları: İsadvastra, Urvatatnara və Xvaraçitra (tartışmalı).

Qızları: Freni, Poruçista və Triti (tartışmalı).

Ölüm tarixi: m. ö. 589.

Ölüm yeri: Əfqanıstan (Baktriya), Bəlx şəhəri (tartışmalı).


Görəvi: Öz inancını yaymaq və ya Allahın elçisi (tartışmalı).

İnancı: Zərdüşlük.


Haqqında digər bilgi:

Zərdüş (Zarduşt, Zərdust) bəzi tədqiqatçılara görə özünün ruhani düşüncələri olan, düşüncələrini yayan filosof və öz inancının baş ruhanisi, bəzi tədqiqatçılara görə isə Allah tərəfindən yer üzünə göndərilmiş Allahın elçisi olmuşdur. Adının mənası bəzi mənbələrdə (Zarduşt: Zard - sarı, uşt - dəvə) sarı dəvənin sahibi, (dəvə ay mənasında işləndiyini idda edən tədqiqatçılara görə sarı ayın sahibi), bəzi tədqiqatçılara görə isə (Zərdust: Zər - Yaradan, dust - dost) Yaradanın dostu anlamını verməkdədir. Digər bir bilgiyə görə adının anlamı Haqqın nuru deməkdir.

Həyatı:

Həyatı haqqında məlumatlar yox dərəcəsindədir. Olan bilgilərində çoxu əfsanələşmiş bilgilərdi. Tərəfdarlarının idda etdikləri bilgilərə görə Zərdüşt m. ö. 660–589-cı illərdə yaşamışdır. Dövrünün ali dini ruhani sinifi olan Maq nəslindən olmuşdur. İngilis alimi Binas və digərləri onun indiki Əfqanıstanın Bəlx şəhərində, Əbu Reyhan Biruni və digərləri onun Azərbaycanın qədim Muğan şəhərində, Şapoşnikov və digərləri isə onun Rey (Rava, Raqa) şəhərində, Təbəri isə onun Fələstində doğulduğu barədə bilgilər verməkdədir. Əfsanələşmiş bilgilərdə Zərdüştün ana bətnində şəkillənməsi (Xaomə adlı bitkinin, yağış suyunun, inək südünün bu şəkillənmə sürəsinə təsiri), doğulması və uşaqlığı haqqında məlumatlar keçməkdədir. Zərdüşün ağlamaması, hər zaman gülər üz olması və bütün uşaqlardan fərqlənən zəka sahibi olmasıda bu bilgilər arasında yer almaqdadır.

Bəzi qaynaqlara görə isə Zərdüş Türk Kaqanlığının sol el kanı Börünün (?) oğludur və Qaraqumda Türklər tərəfindən salınmış hansısa şəhərdə doğulmuşdur. Bu söylənişdə də Zərdüşün doğulması zamanı gülməsi, Maqlar tərəfindən tərbiyə edilməsi və 15 yaşına çatan zaman elimləri tam bilməsi, arilərin (iran (?)) şahı Quştabın (Güştasbın (?)) qızı ilə evlənməsi təsvir edilmişdir. Zərdüşün kimliyi haqqında qaynaqlarda kı, digər bilgidə isə Zərdüş, Türk Elindən Yunanıstana getmiş və yeddi müdrikdən biri olan Anaxasis (Anakar) kimi təsvir edilməkdədir. Ancaq burda Anakar - yəni Zərdüş pis vərdişlərə qurşanmış, içki düşgünü olmuş, qızlarla və gənc oğlanlarla əylənmiş bir müdrik (yunan meyarı ilə müdrik) olaraq təqdim olunmaqdadır.

Atasının adının Aspitman və ya Poruşaspa, anasının adının Dohdo və ya Dukxta olması barəsində məlumatlar vardır. Zərdüşün özü kimi anası Dohdo və ya Dukxtanında doğumu və uşaqlığı əfsanələrdə qeyri-adi hədisələr və olaylarla təsvir edilmişdir. Atası Sipido kəndinin başçısı Padiraqtaraspın oğlu və Maq nəslindən olsada, anası sadə əkinçi ailəsinə mənsub olmuşdur.

Zərdüştün Ratuştar, Ranquştar, Notariqə, Nivətij adlı qardaşlarının və üç arvadının olduğu haqqında bilgilər söylənməkdədir. Arvadlarından yalnız Hovəve adlı arvadının adının tarixi mənbələrdə çəkildiyi haqqında məlumat vardır. Bu arvadlardan İsadvastra, Urvatatnara və Xvaraçitra adlı oğlanlarının və Freni, Poruçista və Triti adlı qızlarının anadan olması haqqında əfsanələşmiş bilgilərə rast gəlinməkdədir.

Qeyd olunanlara görə Zərdüşün ruhani sifəti ilə fəaliyyət göstərdiyi yerlər o zamankı Midiya ərazisini, indiki Azərbaycanın güneyini və qədim Baktriya ölkəsini əhatə etmişdir (İlqar Səfərov və digər tədqiqatçılara görə həm Zərdüşün doğulduğu idda olunan Bəlx şəhəri, həmdə Baktriya adı Kuti tayfaları ilə bağlıdı və bu ərazilər indiki Lerikin Piran ərazisini əhatə etməkdədir. Əfqənistanla bir bağlılığı yoxdu). Bəzi mənbələrdə (Sicilyalı Diodor) Zərdüşün ruhani olması ilə yanaşı həmdə Bəlx şahı olduğu haqqında da məlumatlar vardır. Digər qaynaqlarda Zərdüşü Baktriya şahı kimi təsvir etmişlər. Belə ki, qeyd olunana görə onun dinini qəbul etmiş Midya şahı öldükdən sonra oğlu şah olmuş və əyanların təhriki ilə Zərdüşü həps etdirmişdir. Türklər buna görə Firdovsinin Şahnamə əsərində təsvir etdiyi iran-Turan savaşını başlatmışlar. Sonucda Türklər qaib gəlmiş, Zərdüşü azad etmiş və Baktriya şahı etmişlər.

Zərdüşün ölümü fərqli mənbələrdə fərqli şəkildə göstərilmişdir. Avestaya görə Zərdüşü Ahura Mazda öz yanına aparıb. Digər əfsanələşmiş bilgilərə görə Zərdüş 71 (74 və ya 77) yaşında Baktriya ölkəsində tikdirdiyi məbəddə dua edərkən Midya şahı Viştasp şahın ölümündən sonra Midya ərazilərini fəth etmiş Türklər tərəfindən öldürülmüşdür. Digər əfsanələşmiş bilgilərdə isə Zərdüşün pis rühlar tərəfindən öldürüldüyü irəli sürülməkdədir. Azər Qaramanlının yazısında da Zərdüşün ölümündə Türklərin rolunun olduğu bildirilir. Birinci söylənişə görə Zərdüş iranlılarla Türklərin xoşuna getmiyəcək qədər münasibət qurduğu üçün əmisi oğlu tərəfindən öldürülür. Zərdüşün yunan versiyasında isə yunanıstana gedən Zərdüşün ölümü qaynaqlarda bu cür təsvir edilir. Zərdüş pis vərdişləri adət edir. Pis vərdişlərini bilən və qəzəblənən Kakan Zərdüşü (Anakarı) öldürmüşdür. Digər mənbədə də Zərdüşün Türklər tərəfindən öldürülməsi təsvir edilir. Belə ki, Firdovsinin şahnaməsində təsvir edilir ki, Zərdüş Midya şahına Türklərə bac - xərac verməməsini məsləhət görmüşdür. Midya şahı buna görədə Türklərə xərac verməmişdir. Türklər isə buna görə Midyaya hücum etmiş, döyüşdə Zərdüşdə həlak olmuşdur.

Allahın elçisi iddiası:

Zərdüşün haqqında olan və bəzi tədqiqatçılar tərəfindən irəli sürülən iddilardan biridə Zərdüşün Allahın elçisi olması iddiasıdır. Bu iddiaları möhkəmləndirən dəlilərdən birincisi olaraq Zərdüşün tək İlaha inanması və bunu təbliğ etməsi göstərilir. Tədqiqatçı Anri Korbeninin iddasına görə isə Zərdüş İbrahim peyğəmbərin özüdür. Azər Qaramanlıda Zərdüşün m. ö. 13-12-ci illərdə İbrahim peyğəmbərlə eyni dövürdə yaşadığını, peyğəmbər olduğunu iddia etməkdədir. Firdovsidə şahnaməsində Zərdüşü peyğəmbər kimi təsvir etmişdir.

Əfsanəlşmiş bilgilərdə Zərdüş 20 yaşına çatan zaman mağaraya getmiş, 10 il orda qalmış və 30 yaşında (bəzi qaynaqlarda 65 yaşında) ona peyğəmbərlik verilmişdir. Avesta adlı kitab nazil olmuşdur. Avestada Zərdüşün mələk tərəfindən meraca aparılması və Yaradanın nuru ilə onun şüurunun işıqlandırılması təsvir edilmişdir. Bundan sonra Zərdüş çox ilahlığı inkar etmiş, tək İlahın olduğunu təbliğ etmişdir. İlk oncə onu Maqlar qəbul etmiş, daha sonra isə bəzi qaynaqlara görə Daranın atası Gəştasib (Güştasb) (bu bilgidə yanlışlıq olmalıdı. Aydındır ki, Dara İsgəndərə məğlub olduğu zaman Zərdüşün mövcud olması mümkün olmazdı. Hətta bəzi qaynaqlar onlar arasında - Zad Sparam 300 il, Məsudi 258 il, Biruni 250 il zaman keçdiyini yazmaqdadılar) onu qəbul edərək sonradan hakimiyyətə gəlmiş və Zərdüşün inancını dövlətin rəsmi inancı etmişdir. Bəzi qaynaqlara görə isə (tədqiqatçılar Vüqar Mirzəzadə, Rəzzaq Xansıvo) Zərdüş Midya şahı Viştaspın qızı ilə evlənmiş, öz qızınıda Midya vəzirinə ərə vermişdir. Zərdüşün inancı həm Midya şahı, həmdə vəziri qəbul etdiyi üçün Zərdüşün inancı Midyanın rəsmi inancı olmuşdur. Qeyd edək ki, qaynaqlarda qarışıq bilgilər var. Bəzi qaynaqlarda Güştasbın Daranın atası, bəzi qaynaqlarda isə Viştaspın Daranın atası olması haqqında bilgi var.

Bəzi mənbələrdə isə Zərdüş Allahın elçisi olaraq deyil öz düşüncələrini yayan bir filosof olaraq təsvir edilmişdir. İşığa və oda sitayişi Zərdüşün inancı ilə bağlamışlar.

İnancı:

Bəzi tədqiqatçılar Zərdüşlüklə atəşpərəstliyi eyniləşdirir. Bir çoxları isə Zərdüşlüyün atəşpərəsliklə bir bağının olmadığını savunurlar. Tədqiqatçıların bir qisminin isə düşüncəsi odur ki, Zərdüşlüklə atəşpərəslik fərqli inanclardır ancaq Zərdüşlükdə atəşpərəsliyin elementləri öz mövcudluğunu saxlamışdır.

Tədqiqatçıların fikirlərinin bu çür haçalanmasına səbəb Zərdüşlükdə tək ilahlıq etiqatı qətiyyətlə ortalığa qoyulsada, xeyir (atəşpərəslikdə Hörmüzd Mehr (Mitra), Zərdüşlükdə isə Ahura Mazda) və şər (atəşpərəslikdə Nahid, Zərdüşlükdə isə Əhrimən) ilahların olması, atəşin və işığın kutsanması, qaranlığın bəyənilməməsi kimi atəşpərəslik elementləri də mövcuddur. Mümkündür ki, digər dövürlərdə digər Peyğəmbərlər üçün edirilmiş şəriət necə təhrif edilmişsə Zərdüşə (əgər peyğəmbərdirsə) endirilmiş şəriətədə onun tərkibinə atəşpərəslik elemetləri (o cümlədən digər inanclardan elementlər) qatılaraq o cür təhrif edilmişdir. Hansı ki, günümüzdə belə bəzi məhzəblər də özlərinin tərkibinə atəşpərəslik və Zərdüşlük elementləri qataraq İslamı təhrif etmiş və İslam məhzəbi olmaqdan çıxmışdır (İslamdan kənar elan edilmişdir). Azər Qaramanlıya görə də Zərdüşlüyün içinə atəşpərəslik elementlərinin qatıldığı iranın İsgəndər tərəfindən alınmasından sonra baş vermişdir.

Günümüzə çatan bilgilərə görə hər şey işıqla qaranlığın, xeyirlə şərin mübarizəsindən ortaya çıxmışdır və bu belədə davam etməkdədir. İnsanlar xeyirin tərəfində olarsa xoşbəxt, şərin tərəfində olarsa bədbəxt olacaqlar. Həyatın anlamı, insan ömrünün mahiyyəti və dəyəri Əhrimənlə aparılan bu mübarizədə Ahura Mazdanın yanında olmaqdır. Şər xeyirə qalib gələ bilməsədə çox güclüdür və hər zaman insanları düzgün yoldan çıxartmaq üçün çalışmaqdadı. Ancaq sonda şər tamamən məhv olacaqdır. Zərdüşlər xeyir ilaha xidmət etmək üçün məbədlərdə od qalayır, oda tapınırlar (Zərdüşlərə görə onlar oda deyil, odun nuruna tapınırlar).

Zərdüşlükdə həyatı yaradan və əsasını təşkil edən ünsürlər od, su, torpaq və havadır. Bunların biri olmazsa həyat məhv olar. Ona görədə bu dörd ünsür müqəddəs hesab olunur. Zərdüşlərə görə bunlar dörd ilahdır və bunların içində ən baş ilah isə oddur.

Zərdüşlüyə görə ölçü, əxlaq xeyirxah fikrin, xeyirxah sözün, xeyirxah əməlin üzərində qurulmuşdur. Zərdüşlərin dediyinə görə Zərdüşün ən böyük təlimatı yaxşı düşün, yaxşı danış, yaxşı əməl et təlimatıdır.

Zərdüşlükdə odu (meyidi yandırmaq) və torpağı (torpağa basdırmaq) meyidlə murdarlamaq olmaz. Meyid ya uca qayaların ustundə ya da sükut adlı daş qüllələrdə saxlamaq lazımdır ki, quşlar gəlib ətin yesin. Torpaq murdarlanması deyə də sümüklər ayrıca yerdə saxlanmalıdır ( bax: sərdabə və türbələr).

Zərdüşlüyün digər təlimləri və düşüncələri onlar tərəfindən Ahura Mazda tərəfindən nazil olduğu üçün müqəddəs hesab olunan avesta adlı kitabda verilmişdir. Kitabın hissələri qat adlanır. Kitabdakı cümlələrin əksəriyyəti Ahura Mazda Zərdüşə demişdir sözləri ilə başlayır. Günümüzdə avesta kitabının əsli yoxdur. Yalnız tərcüməsinin hissələri, o da hətrif edilmiş şəkildə indiki vaxta gəlib çatmışdır. Sğylənişə görə Avesta kitabı İsgəndər tərəfindən tərcümə edildikdən sonra yandırılıb. Avestada qiyamət günü və Sirat körpüsü anlayışları qeyd edilmişdir. Avestaya görə Çinvad Körpüsü, dürüst və xeyirxah olanlar üçün enli və rahat, yalançı və günahkarlar üçünsə bıçaq ağzı kimi iti olacaqdır. Avestaya görə Zərdüşdən sonra üç xilaskar gələcək. Qiyamət günündə bütün ölənlər diriləcək, onlar qaynar dəmirin (İslamda qazanın !) içinə atılacaqlar. Günahgarlar orda yanacaq (İslamda da cəhənnəmdə yanacaq !) cəhənnəmə gedəcəklər, xeyir əməl sahibləri isə dirilik südü içərək cənnətə gedəcəklər.

Zərdüş (Zarduşt, Zərdust)
Zərdüşlüyün iddia edilən simqəsi.
Zərdüş (Zarduşt, Zərdust)
Zərdüşə aid edilən şəkil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 321 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?