Arama
Zengi Ata

Adı: Ay Hoca.

Ünləndiyi adı (taxma adı, ləqəbi): Zengi Ata.

Atası: Tac Hoca.

Anası: Bilinmir.

Soyu: Bilinmir.

Budunu (milliyyəti): Türk.

Dini: İslam.

Doğum tarixi: Bilinmir.

Doğum yeri: Harəzim (təxmini).

Ölüm tarixi: 1258-ci il.

Ölüm yeri: Taşkənd.

İşi: Hocalıq, tasavuff, din bilgini, şair.

Öyrədəni (hocası, müəllimi): Süleyman Hakim Ata.

Görəvi: İslamı öyrətmək, adamları doğru yola çağırmaq, irşada dəvət etmək.

Məqamı: İrşad postunda oturmaq.


Haqqında digər bilgi:

Süleyman Hakim Atanın təmsilçiliyini davam etdirən Zengi Ata Hakim Atadan sonra irşad postuna oturmuşdur. Yeseviliyin Harəzim təmsilçiliyini və davamçılığını Taşkənddə daşımışdır. Zengi Ata yuxarıda qeyd edildiyi kimi Tac Hocanın oğludur. Tac hocanın oğlu olduğuna baxmayaraq o qoldan deyil Süleyman Hakim Ata silsiləsinin davamçısı kimi irşad postuna oturmuşdur.

Əsil adı Ay Hoca olaraq qeyd edilməkdədir. Dərisinin rənginin qara olmasına görə Zengi (zənci) Ata ilə ünlənmişdir.

İlk təhsilini atası Tac Hocadan alan Zengi Ata daha sonra Harəzmə getmiş və Süleyman Hakim Atadan təhsil almış və onun yanında təhsilini tamamlamışdır. Hakim Ata vəfat etdikdən sonra onun xanımı Anber Ana ilə evlənmişdir.

Çobanlıq edən Zengi Ata ilə qarşılaşan dörd gənc ondan tasavvuf və irşad bilgisi almış və Zengi Atanın yanında təhsillərini tamamlamışdır. Bu gənclərin adı Uzun Həsən Ata, Seyyid Ata, Sadr Ata və Bedr Ata olmuşdur.

Zengi Ata ömrünün sonuna qədər Taşkənddə yaşamış və 1258-ci ildə orda vəfat etmişdir. Zengi Atada hikmət tərzində şeirlər yazmış, ancaq günümüzə bir şeiri gəlib çatmışdır .

Zengi Ata
Zengi Atanın Taşkənddəki türbəsi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1593 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?