Arama
Yusif Küseyir oğlu türbəsi

Adı: Yusif Küseyir oğlu türbəsi.

Yer: Naxçıvan.

Tikdirən: Bilinmir.

Tikən: Naxçıvanlı Əbubəkir oğlu Əcəmi (Memar Əcəmi).

Tikilmə tarixi: 1162-cı il.


Haqqında digər bilgi:

Yusif Küseyir oğlu türbəsi, daş kitabəyə görə Naxçıvanlı Əcəmi (Memar Əcəmi) tərəfindən Yusif Küseyir oğlunun şərəfinə inşa edilmiş abidədir. Abidənin üstündə “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur” sözləri yazılmışdır.

Türbənin iki qat günbəz vardır. Bu günümüzə qədər gəlib çatan bu şəkilli yeganə günbəzli abidədir. Abidə daxildən və xaricdən səkkizgüşəlidir. Abidə zirzəmi (sərdabə) və yerüstü hissə olmaqla iki hissədən ibarətdir. Abidənin batı tərəfinə baxan tərəfi digər yeddi tərəfdən fərqlənir.

Yusif Küseyir oğlu türbəsi
Yusif Küseyir oğlu türbəsindən görüntü.
Yazar: Şükür Məhişoğlu Oxunma: 62 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?