Arama
Yesevilik

Adı: Yesevilik.

Bağlılıq: İslam dini.


Haqqında digər bilgi:

İslam dinin Türklər arasında yayılmasında mühim rol oynayan və Türklərin milli təriqəti olaraq tarixdə iz buraxan Yesevilik, bilgin hz. Əhməd Yesevidən başlanğıcın götürən kutlu bir yol, milli bir İslam məktəbi olmuşdur. Təriqətin adı Yesevilik olsada hz. Əhməd Yesevi hocaya Sultan deyildiyi üçün bu təriqət bəzən Sultaniyyə, cehri zikir etdikləri üçün bəzən Cehriyyə, mənsublarının çoxunun Türk olması səbi ilə isə bəzən Silsilə-i Meşayih-i Türk adı ilə də adlandırılmışdır.

Yeseviliyin digər təriqətlərdən fərqləndiyi ilk cəhət Yesevilikdə ədəb və ərkanın çox önəmli yerdə olmasıdır. Bir adamın böyüyə hörməti, kiçiyə mərhəməti olmazsa, oturuşun - duruşun bilməzsə, boyüklərə bağlı qalmazsa belə adam Yesevilikdə qəbul görünməz.

Yesevilikdə önəmli yer tutan tasavvuf öyrətim üsulunun birincisi zikirdir. Yesevilər saatlarla, bəzən günlərə zikir edirlər. Zikir oturaraq, ayaq üstə (qiyam), tək, səssiz (hafi zikir), toplu və səsli (cehri zikir) şəkildə yerinə gətirilir . Həm hafi həm də cehri zikirlər, həm toplu həm də tək zikirlər zamanı Ya Allah, Ya Hu, Allah Hu, La İlahe İllallah zikirləri edilməkdədir. Toplu zikirlərdə adamlar dairənin çevrəsi boyunca oturaraq və ya ayaq üstə duraraq zikirə başlayırlar.

Yesevilikdə tasavvufun önəmi öyrətim üsullarından ikincisi həlvətilik (xəlvətilikdir). Həlvət dəstələr şəkilində icra edilir. Həlvətə çəkiləcək adamlar oruc tutmağa başlayır. İkindi namazından sonra bir odaya yığışaraq odanın qapı və pəncərələri bağlanır. Fərz namaz vaxtları istisna olmaqla axşam namazına kimi zikir edirlər və Qurani-Kərimdən ayələr oxuyurlar. Su və qara darı şorbası ilə iftar etdikdən sonra axşam namazı qılınır və dalınca Qurani-Kərimdən surələr oxumağa başlayırlar. Gecə yarısına qədər namaz qılınır, Qurani-Kərimdən surələr oxunur və zikirlər edirlər. Həlvətiyə çəkilmək qırx gün boyunca davam edir. Qırx gündən sonra qurban kəsirlər. Sübh namazından sonra dua və zikirlərlə həlvətilik tamamlanır.

Digər tərəfdən də Yeseviliyin ən böyük özəlliyi və Türk budununa mənsubluğu bu kutlu məktəbdə öyrətmə və söhbət dilinin tamamən Türkcə olması olmuşdur. Bu özəlliyi və Türkçə qərarlılığını biz hz. Əhməd Yesevinin divanında da görməkdəyik.

Sevmiyor bilginlər sizin Türkçə dilini,
Bilənlərdən işitsən açar gönül ilini.
Ayet, hadis anlamı Türkçə olsa duyarlar,
Anlamına ərənlər baş əyib uyarlar.

Divanın bu beytində Türkçə qərarlılığı ilə yanaşı Yesevilikdə Türkçənin nədən önəmli olmasının səbəbi də izah edilməkdədir. Doğurdan da 11-ci yüz ildə bozkırda yaşayan və Türk dilindən başqa dildə danışmayan bir buduna (millətə) İslamı təbliğ etmək, Türkləri İslama dəvət etmək üçün tək yol öyrətməyi və söhbəti Türk dilində aparmaq idi. Məhs buna görə də Türklər İslamı sevə-sevə qəbul etmişlər və Yesevilikdə Türklərin milli təriqəti olmaq özəlliyinə qovuşmuşdur.

Yesevilər etiqad olaraq Maturidi, əməl məhzəbi olaraq Hənəfidilər.

Yesevilik və onun böyükləri haqqında daha geniş məlumat almaq istəyirsinizsə "Yesevilik haqqında qısa bilgi kitabı"nı endirə bilərsiniz.

Sənədin adı: Yesevilik haqqında qısa bilgi kitabı
Yazar: Şükür Məhişoğlu Oxunma: 185 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?