Arama
Yarpuz (heyvan)

Adı: Yarpuz.

Nədir: Heyvan.

Sözün kökəni: Türkçə.


Haqqında digər bilgi:

Yarpuz, ilan yeyən bir heyvandır. Keçmişdə Türklər hansısa ilan yeyən heyvana yarpuz deyirmişlər. Bu heyvan barəsində Mahmud Kaşqarlının Türk dilinin divanı (Divanü Lügati't-Türk) adlı əsərində də bilgi vardır.

Türklərin yarpuz dediyi heyvanın günümüzdə hansı heyvan olduğu tartışılır. Bilinən odur ki, Türklər gözəl qoxulu bir otada (Kır nanəsinə) yarpuz/yarpız dedikləri üçün bu heyvanın rəngi ya da üzərindəki xallar çox güman ki, yarpıza bənzəmiş və böyük ehtimalla buna görədə bu heyvana yarpuz demişlər.

Bəziləri bu heyvanın Manqustkimilər fəsiləsinə (latınca Herpestes, quyruğu sürünənlər) aid olan heyvan olduğunu, bəziləri isə bunun sincap, bir qisim şəxslər isə bunun bal porsuğu olduğunu iddia etməkdədilər. Manqustkimilər fəsiləsinə aid olan heyvanların yayılma sahəsi, Türklərin topluca yaşadığı torpaqlardan kənarda olan mərkəzi Afrika, Hindistan, uzaq Şərq, yaxın şərq, güney İran, İndoneziya, güney Çin olduğu üçün yarpuzun manqust olma ehtimalı aşağıdır. Qeyd olunan heyvanların içərisində yarpuzun bal porsuğu olma ehtimalı daha yüksəkdir. Belə ki, bal porsuğunun yayılma sahəsi Türklərin tarixi yurdlarınıda əhatə etməkdədir.

Yarpuz heyvanı ilə bağlı başqa bir maraqlı birlgidə ilanın zəhləsi yarpızdan gedir oda ilanın yuvasının ağzında bitir deyimi ilə bağlıdır. Bəzi tədqiqatçılar bu deyimdə keçən yarpız sözünün yarpız bitgisi ilə bir əlaqəsinin olmadığını, məhs yarpuz heyvanının nəzərdə tutulduğunu qeyd etməkdədilər. Deyimdə keçən bitir sözü isə bir yerdə uzun müddət durmağı, bəkləməyi, gözləməyi ifadə edir. Yəni yarpuz heyvanı uzun müddət ilanın yuvasının ağzında gözləyir (sanki orda bitir) ilan çıxan kimi onu yeyir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 469 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?