Arama
Xarı bülbül

Xarı bülbül Qafqazın, Anadolunun özəlliklədə Azərbaycanın ən gözəl və ən dərin mənaya malik çiçəklərindən biridir. Əsil adı Qafqaz qaş səhləbidir. Azərbaycanda el arasında bu gülə bu adın verilməsi bülbülə bənzədiyinə görədir. Xar sözü isə tikan mənasını verir. Yəni " Tikanlı bülbül".

Xarı Bülbül adı verilən bu bitki Ophrys caucasica növü olsada böyük ehtimalla ophrys bitkisinin digər növləridə xalq arasında Xarı Bülbül kimi tanınır. İUCN Qırmızı siyahısına görə növün katagoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" siyahısına aiddir. EN B1ab(iii) + 2ab(iii) endemik növdür.

Xarı Bülbül əsasən, Qafqazda, Qərbdən Anadolunun şimal - şərqində yəni Trabzonda, şərqdə isə Xəzər dənizinə qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə Xarı Bülbülün vətəni Şuşa sayılır. Lakin yalnız Şuşada yox Azərbaycanın digər bölgələrində də ( Samur, Dəvəçi, Kür - Araz sahilləri, Xəzər sahili ovalıqlar, Siyəzən, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacları, Kiçik Qafqazın cənub rayonları) Xarı Bülbülə rast gəlmək olar. Əsasən otlu yerlərdə, meşə açıqlıqlarında, kollu yerlərdə rast gəlinir.

Xarı Bülbül - səhləbkimilər fəsiləsindən bir bitki növüdür. Eyni zamanda ayrıca bitki növü yox , O.sphegodes və ya O.mammosa növünün yarım növüdə demək olar.

Xarı Bülbül çoxillik bitkidir. 20-40 sm hündürlükdədir. Soğanaqları xirdaelipsvari və ya şarvaridir. Yarpaqları gövdənin kökündə yerləşir və uzunsov lansetvari ya da uzunsov elipsvaridir. Eni 2-3 , uzunluğu isə 5-10 santimetrdir. Çiçək qrupu seyrəkdir. 5-6 çiçəkdən ibarətdir. Çiçəklərin kənar ləçəkləri 12 santimetr uzunluğunda açıq - bənövşəyi renglidir. Daxili ləçəkləri isə 3 sm , oval lansetvari və birdamalı bənövşəyi rənglidir. Dodaqcıq məxmərvaridir. Yuxarı hissəsində irəliyə doğru qısa əlavə çıxıntısı var. Qonur rənglidir və üzərində sarımtıl və ya ağ ləkələr var. Çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10-12 mm-dir. Sarımtıl - yaşıl rəngli uzunsov neştərvaridir. Daxili yarpaqcıqları isə yaşılımtıl - qonur rəngli, neştərvaridir. Dodağı məxmər kimidir. Görünüşünə görə enli əksinəyumurtaşəkillidir. Tünd qırmızı - qonur rənglidir. Və üzərində H hərfinə oxşar xətlər var. Bütöv və ya üç bölümlüdür. Orta bölüm böyrəkşəkilli, ürəkşəkilli kiçik qabarlı törəməlidir. Kənardakılar qısa olub , uzunsov , üçkünclüdür.

Çiçəklənməsi aprel - iyun aylarında olur. Dekoratif görünüşünə görə insanlar tərəfindən toplanılır.

Yazar: Rüstəm Abbasov Oxunma: 260 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?