Arama
Xan qartalı (quş)

Adı: Xan qartalı (Aquila heliaca).

Dəstə: Qızılquşkimilər – Falconiformes.

Fəsilə: Qırğılar – Accpitridae.

Kateqoriyası və statusu: VU; II.1.

Yayılması: Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə yaşayır.

Yaşayış yerləri və həyat tərzi: Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir. Yuvasını aprel ayında tikir, hər il 2-3 ədəd yumurta verir, 43 gün kürt yatır. Balalar 55-60 günlük olanda uçur, amma yuvasını tərk etmirlər. Erkək quş yem daşıyır, ana quş balalarını yedizdirir. Daha çox leşlə qidalanırlar, eyni zamanda siçan dovşan və s. kimi məməliləri, bildirçin, ördək, iri ağnaz və s. kimi quşları (hətta yırtıcı quşları) ovlayırlar.

Sayı: Qırmızı Kitaba istinadən XX əsrin axırına qədər çoxsaylı, XX əsrin ortalarında adi saylı, 1970-ci ildən sonra nadir olub, cəmi 12 cüt quş qeyd edilib. Son 10 ildə nəslinin kəsilmə təhlükəsi daha da çoxalıb, növün nəsilvermə dövründə (may-iyul) cəmi 5 cüt quş qeyd edilib: Turyançay Dövlət Təbiət Qoruğunda 1, Kiçik Qafqazın dağətəyi rayonunda 2, Zuvand Yasaqlığında 2.

Məhdudlaşdırıcı amillər: Uzun illər zərərli yırtıcı hesab edilərək ovlanması, seyrək dağətəyi meşələrdən hündür ağacların tam qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi.

Mühafizəsi üçün həyata keçirilən tədbirlər: Ovlanması qadağandır. Respublikanın Qırmızı Kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.

Yazar: Şükür Məhişoğlu Oxunma: 279 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?