Arama
Voyniç əlyazması

Voyniç əlyazması bilinməyən bir dildə və abecesində yazılmış anlamı çözülə bilməyən gizəmli bir kitabdır. Kitab 1400-1438 yazıldığı təxmin edilməkdədir. Kitabı 1902-ci ildə Amerikalı sahaf Vilfrid M. Voyniç Romada satın almış və varlığını ortaya çıxartmışdır.

İlk öncələr kitabın saxta olduğu düşünülsədə bilimsəl çalışmalarla kitabın Vilfrid M. Voyniç tərəfindən edilmiş bir saxtakarlıq olmadığı kanıtlanmışdır. Kitabın, Roger Bakon, Cohn Dee və Edvard Kelly kimi şəxslər daxil olmaqla bir çox adamlar tərəfindən yazıldığı iddia edilsədə heç biri öz təsdiqini tapmamışdır.

Kitabda bilinmiyən əlyazma ilə bərabər müxtəlif və gizəmli bitgi, ulduz, qadın və digər şəkillər də çəkilmişdir. Əlyazmanı çox sayda dil biliciləri, tarixçilər, şifrə biliciləri və digər bilim adamları incələsədə kitabın sirrinin çözülməsi ilə ilgili heç bir kanıt yoxdur.

Yalnız İngilis professoru Stefen Bax kitabda 14 rəsmin və Ərəbcə işarələr istifadə olunaraq yazılan kitabda kantoron bitkisinin ismindən yola çıxaraq 10 sözlüyün nə anlamına gəldiyi tapsada və Orta çağ tibb əlyazmaları uzmanı Nikolas Gibbs kitabın tibb kitabı olduğu, kilsənin təzyiqindən qorunmaq üçün kitabı latın sözlərinin qısaldılmış şəklində yazıldığını irəli sürsədə Voyniç elyazması kitabı hələdə bir müəmma olaraq qalmaqdadır.

Voyniç əlyazması
Voyniç elyazması kitabından görnüş.
Voyniç əlyazması
Voyniç elyazması kitabının bitgilərə aid səhifələrindən biri.
Voyniç əlyazması
Voyniç elyazması kitabının ulduzlara aid səhifələrindən biri.
Yazar: Şükür Məhişoğlu Oxunma: 634 Bölmə: Kitablar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?