Arama
Vladimir Vladimiroviç Putin

Adı: Vladimir Vladimiroviç Putin.

Doğum tarixi: 7 oktyabr 1952-ci il.

Doğum yeri: Rusiya federasiyası, Sankt-Peterburq şəhəri.

Babası (Atası): Vladimir Spiridonoviç Putin.

Anası: Maria Ivanovna Shelomova.

Xanımı: Lyudmila Aleksandrovna (Şkrebnyeva) Putin.

Övladları: Katerina Putin və Mariya Putin.

Budunu (Milliyyəti): Rus.

Dini: Hiristian, Rus ortadoks.

Təhsili: 1975-ci il Sankt-Peterburq dövlət unuversiteti hüquq fakultəsi.

Fəaliyyəti: Siyasətçi.

Görəvi: Cümhurbaşkanı (2000-2008-ci illər və 2012-ci ildən bəri).


Haqqında digər bilgi:

Vladimir Vladimiroviç Putin, Rus dövlət xadimi, siyasətçisi və Rusiya federasiyasının prezidentidir. Vladimir Putin 7 oktyabr 1952-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olmuşdur

Putin 1975-ci ildə Sankt-Peterburq dövlət universitetinin hüquq fakultəsini bitirmiş və elə həmin ili Dövlət Təhlükəsizlik Komitəsində çalışmağa başlamışdır. Almaniyada və iddialara görə Türkiyədə görəvləri yerinə yetirmişdir.

İstefaya çıxdıqdan sonra 1989-cu ildə Sankt-Peterburq dövlət universitetinin rektorunun köməkçisi, 1990-cı ildə Sankt-Peterburq şəhər şurasında müşavir, 1991-1992-ci illərdə bələdiyyə başçısının köməkçisi və bələdiyyə şurasının xarici işlər komitəsinin sədri, 1992-1996-cı illər ərzində şəhər idarəetmə qurumlarında müxtəlif vəzifələrdə, 1996-cı ildə kremlin sarayının mülkiyyət idarəsinin başçısının köməkçisi, 1997-1998-ci illərdə Dövlət Başçısı idarəsi və Nəzarət idarəsi başçısı, 1998-1999-cu illərdə Rusiya federasiyası təhlükəsizlik xidmətinin başçısı və təhlükəsizlik şurasının katibi, 9-16 avqust 1999-cu ildə Rusiya federasiyasının baş nazirinin köməkçisi və vəkili, 16 avqust-31 dekabr 1999-cu ildə Rusiya federasiyasının baş naziri və 31 dekabr 1999-cu ildən 7 may 2000-ci ilə qədər həm baş nazir və həmdə Rusiyanın prezdentinin vəzifələrini icra edən vəzifələrdə çalışmışdır.

Vladimir Putin 7 may 2000-ci ildə keçirilən seçkidə Rusiya federasiyasının prezidenti seçilmişdir. Qanunlar gərəyi 2008-ci ildə görəv sürəsi tamamlandığı üçün yerini Dmitri Medvedyevə buraxaraq 2008-2012-ci illər arasında baş nazir kimi fəaliyyət göstərmişdir. Putin 2012-ci ilin may ayının 7-də keçirilən növbəti seçkilərdə Rusiyanın prezidenti olmuş və hal-hazırda bu vəzifədədir.

Vladimir Vladimiroviç Putin
Vladimir Putin
Vladimir Vladimiroviç Putin
Vladimir Putin
Yazar: Şükür Məhişoğlu Oxunma: 316 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?