Arama
Vatikan dövləti

Adı: Vatikan dövləti.

Qurulma tarixi: 752-ci il.

Qurucusu: Papa II Stefanus (Stephanus).

Müstəqilliyinin itirilməsi: 781-ci il, 1798-ci il, 1878-ci il.

Müstəqilliyin bərpası: 1929-cü il.


Dövlət qurluşu: Xristian inanclı dövlət, seçimli monarxiya.

Dövlət başçısının adı: Papa.

Hökümət adı: Dövlət şurası (Dövlət şurasının sədri hökümət başçısıdır).

Parlamet adı: Papalıq şurası.


Rəsmi inancı: Xristianlıq.

Ərazisi: 44 hektar (bəzi mənbələrdə 49 hektar).

Əhalisi: 1000 nəfər.

Müdafiəsi: 110 nəfərlik İsveç mühafizə dəstəsi və az sayda Roma polisi.


Haqqında digər bilgi:

Vatikan, müstəqilliyi digər dövlətlər tərəfindən tanınan dünyanın ən kiçik xristian dövlətidir. İtaliyanın Roma şəhəri içində 44 hektarlıq ərazidə yerləşir. Xristianlıq inancı rəsmi inancdır. İdarəetmə və digər sahələrdə verilən qərarlar xristian inancına uyğun qəbul edilir. Dövlət başçısı Papa adlanır. Papa Papalıq şurası tərəfindən ömürlük seçilir. Bu müddət ərzində Papanın sözü qanun əhəmiyyəti daşıyır. Dünya dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətləri vardır.

Tarixi:

752-ci ildə Papa II Stefanus tərəfindən İtaliya yarmadısının mərkəz hissəsində Papalıq Dövləti adlı dövlətin əsasını qoydu. 781-ci ildə Karolinq (Karolenj) dövlətinin kralı Şarlman tərəfindən yarım müstəqil şəkildə Karolinq (Karolenj) dövlətinin tərkibinə qatıldı. Daha sonra müstəqilliyini bərpa edən Papalıq dövləti 1798-ci ildə,1860-cı ildə torpağının böyük əksəriyyətin itirdi. Bu dövürdə dövlətin ərazisi təxminən 30.2 min km2 civarında idi. Savoy krallığının soyundan olan II Vittorio Emanuele 1878-ci ildə Papalıq dövlətini az səlahiyyətli müxtariyyət kimi İtaliya krallığının tərkibinə qatdı. 11 fevral 1929-cu ildə İtaliya ilə Papalıq arasında imzalanan Laterano antlaşması ilə Vatikan adı altında müstəqilliyini bərpa etdi.

İqtisadiyyatı:

Vatikan dövlətinin gəlirləri kilsə vergisindən, bağışlardan (ianələrdən), bank işlətməsindən, hədiyyəlik əşya satışından, 49 televiziya olmaqla 403 kütləvi informasiya qurumlarında reklam yayımından və nəzarətində olan digər şirkətlərin fəaliyyətindən formalaşır.

Vatikan dövləti
Vatikanın bayrağı (mənbə: vikipedia)
Vatikan dövləti
Vatikanın xəritəsi (mənbə: Google earth)
Vatikan dövləti
Papalıq dövlətinin (Vatikanın) ərazisi (qırmızı cizği içində 1860-cı il, sarı cizgi içində 1870-ci il)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?