Arama
Türk təqvimi

Türk təqvimi Türklər tərəfindən gəliştirilmiş təqvimdir. Bu təqvimə 12 heyvanlı Türk təqvimi də deyirlər. Bu təqvimdə il miladi təqvimi ilə mart ayının 21-dən başlayır. Bəzi mənbələrdə təqvimin m. ö. 2367-ci ildən başlayaraq işlədildiyi qeyd edilməkdədir.

Türk təqvimində 60 an bir dəqiqə, 60 dəq bir saatdır. Bir ilin tamam olması üçün, örnəyin bu yazdan başlayaraq gələn yaza qədər keçən günləri sayılmış və hər biri 60 gün olmaqla 6 ay və artı 5 gün keçdiyi müəyyən edilmişdir (toplam 365 gün olur). Bu 6 aya yaxud 365 günə bir il demişlər. Daha sonra bir ildə 4 fəsilin olduğunu müşahidə edilmiş və hər bir fəsildə 91 gün olduğunu hesablanmışdır Bu fəsillər oğlaq (kök, ilkbahar, yaz), uluğ oğlaq (yaz, yay), uluğ (küz, güz, sonbahar), kadır kış (kış, qış) adları ilə adlanmışdır. Ayın 60 gün olduğu üçün bir fəsilin içində bir tam, birdə yarım ay olduğu hesablanmışdır. Bir ayın yarısının bu fəsildə yarısının o fəsildə qalmaması üçün bir ayın tamamının bir fəsilin içində qalması üçün 60 günlük ayların hər biri 20, 40 yaxud 30 gün olmaqla 2 yerə parçalamışlar. Beləliklə, ayların sayı 12 olmuşdur.

Atalarımız bu aylara adlar qoymuşdur ki, bəzilərinin adları günümüzə qədər gəlib çıxmışdır. Örnəyin, qış fəslinin (qış fəsli indiki təqvimlə 21 dekabrda başlayır) ilk ayı 40 gün olan böyük çilə ayıdır. İkinci ayı 20 gün çəkən kiçik çilə ayıdır. Üçüncü ayı isə 30 gün çəkən boz aydır. Digər tərəfdən də 365 gün hər biri 7 gün olmaqla həftələrə bölünmüşdür. Elə ay olur ki, həmin ayın içində 3 həftə, elə ay olur ki, həmin ayın içində 4 həftə, elə ay olur ki, həmin ayın içində 5 həftə olur. Həftənin günlərinin adları sırası ilə 1-ci gün, 2-ci gün, 3-cü gün, 4-cü gün, 5-ci gün, 6-cı gün və 7-ci gün.

Hər tamamlanan 60 il çağ (böyük dövür) adlandırılmışdır. Bilinmiyən bir nədənlə bir heyvanın adını bir ilə verməklə 12 heyvanın adını 12 ilə verilmişlər. Bu illərin ilki siçan iliylə başlayır, sonuncu 12-ci il isə qaban ili ilə bitir. Hər 12 ildən bir bu təkrarlanır. Bu hər 12 ildən bir təkrarlanan 12 dövr isə kiçik dövür hesab edilir. Böyük dövürün içində 5 kiçik dövür olur. Bu 12 heyvan adı ilə adlandırılan 12 illərin hər birinin adı bunlardı:

Sıçqan (siçan) ili, Ud (sığır, öküz, buğa) ili, Bars (pars) ili, Tabışqan (dovşan) ili, Ulu (balıq, ejdaha) ili, Yılan (ilan) ili, Yılkı (ilhı, at) ili, Koyun (qoç, qoyun) ili, Biçin (meymun) ili, Takıqu (tavuq, toyuq) ili, İt (köpək) ili, Laqzın (qaban, donuz) ili.

Türk təqvimi
Türk təqvimi ilə il adlarına görə illərin düzülüş cədvəli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 3000 Bölmə: Göybilimi
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?