Arama
Türk saatı (alaturka)

Türk saatı yaxud alaturka adı ilə bilinən, Türklər tərəfindən günəşin batmasına bağlı olaraq ayarlanan saat sistemidir. İlin hansı mövsümü, hansı ayı və ayın hansı günü olursa olsun günəş eyni çağda batır. Məsələn, indiki (alafranqa) saat sisteminə görə iyul ayında günəş saat 20:45-də və yanvar ayında 16:50-də batırsa Türk saatında həm iyul, məndə yanvar ayında günəş daim saat12:00-da batır. Günəşin batması mövsümdən asılı olmayaraq hər zaman eyni anda baş verməsi bir gerçəklikdir. Bu dəyişməz gerçəkliyi qəbul edən Türklər günəşin batdığı anı saat 12:00 olaraq qəbul edirlər. Bununlada yeni gün başlayır. Türk saatında gecə gündüzdən öncə gəlir. Birinci gecə olur və sonra gündüz gəlir. Deyimimizdə ki, hər gecənin bir səhəri var ifadəsidə təsadüfü deyil, Türk saat sistemindən irəli gələn gerçəkliyin təsviridir.

Türk saatında günün batmasından (Yatsı namazından) günün doğmasına (sübh namazına) qədər gecə və günün doğmasından (sübh namazından) günün batmasına qədər isə gündüz hesab edilir. Türk saatında yalnız ildə iki dəfə gecə və gündüz hər biri 12 saat olmala bərabər olurlar. Qalan vaxtlar isə gecə və gündüz saatları bərabər deyil müxtəlifdir. Türk saat üsulu il ərzində günlərin orta illik hesablanmış müddətinə (bir gün 24 saat) görə deyil, mövsümdən asılı olaraq gercək zamana bağlı olaraq çalışar. Ona görədə hər gün saatlar gün batdığında 12:00-a gətirilib ayarlanar.

Türk saatı ən son 1926-cı ilə kimi Türkiyəcümhuriyyətində istifadə olunub.

Yazar: Şükür Məhişoğlu Oxunma: 399 Bölmə: Göybilimi
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?