Arama
Türk abecesi (əlifbası)

Türk abecesi Türk budunun yaratdığı mədəniyyətdən doğan yazı biçimi və əlifbasıdır. Türk dilinin qanunlarına tamami ilə uyğundur. MÖ 3000 minilci illərdə əsası qoyulmuş, MÖ 200-cü illərdə bizə bilinən şəkillini almışdır. Orhun vadisində və Yenisey çayı sahillərində, Qırqız elinin Qızıl şəhərində, Tuva elində və digər yerlərdə tapılmış daş kitablar (bitiglər), kağız üzərində yazılmış İrq bitig kitabı Türklərin milli əlifbası ilə yazılmışdır. Türklər 10-cu əsrə kimi bu əlifbanı istifadə etmişlər.

Əlifba 39 hərifdən ibarətdir. Ç, m, p, ş və z hərifləri bir işarə ilə yazılmaqdadır. Qalın və incə saitlər isə A və e, i və ı, o və u, ö və ü olmaqla iki səs üçün bir hərifdən istifadə edilir. İ(ı)k və ki(ı), ök və ük, ok və uk, iç və çi, lt və ld, nç, nd və nt, ny, ng səs birləşmələri isə hər birləşmə bir işarə ilə olmaqla işarələnmişlər. Yerdə qalan samitlər isə bir samit səs qalın və incə olmasına görə iki fərqli işarə ilə işarələnmişlər.

Daha ətraflı bilgi almaq və öyrənmək üçün kitabı endirib oxuya bilərsiniz.

Türk abecesi (əlifbası)
Köhnə Türk hərifləri ilə yazılmış, 9-cu yüz ilə aid Irq Bitig kitabının səhifələrindən.
Türk abecesi (əlifbası)
Türk hərifləri və onun qarşılığı olan latın hərifləri.

Sənədin adı: Türk abecesini öyrənim klavuzu
Yazar: Şükür Məhişoğlu Oxunma: 818 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?