Arama
Toy (yığıncaq, toplantı)

Adı: Toy.

kökən: Türk.


Haqqında digər bilgi:

Toy, Türklərin, boy və ya el səviyyəsində yasa çıxartmaq, kan seçmək, mühim bir qərar qəbul etmək üçün keçirdikləri rəsmi toplantısı və ya Türk (soy, boy və ya el) birliklərinin müəyyən bir məqsədlə bir araya gəldikləri yığıncaqlardır.

Bu günkü anlayışla ifadə etsək Türklərin toyu indiki parlamentə bənzəyən qədim qurumdur. Günümüzdə yanlışlıqla düyün tədbirlərinə toy deyirlər ki, bu da doğru deyil. Çünki, toy heç də həmişə hansısa müsbət səbəbə görə qurulmur. Bəzən kimisə cəzalandırmaq və ya kimlərəsə qarşı sərt tədbirlər görmək üçün müzakirələr apararaq qərar vermək üçündə qurulur. "Sənə bir toy tutaram ki, adın da yadından çıxar" deyimidə bunu ifadə etməkdədir. Bu deyimdə "səni cəzalandırmaq üçün bir toy çağıraram və orda səni elə cəzalandıraram ki, adını belə unudarsan" düşüncəsi ifadə edilməkdədir.

Kaqanlıq səviyyəsində toya kurultoy (kur toy ya da kurul toy) yəni böyük toy deyirmişlər və günümüzdə də qurultay sözündən ifadə olunmaqdadır.

Toy (yığıncaq, toplantı)
Ərtuğrul diriliş filimində toy səhnəsini.
Toy (yığıncaq, toplantı)
Toyun keçirildiyi təsvir edilən şəkil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 221 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?