Arama
Tomas Edvard Lourens

Adı: Tomas Edvard Lourens.

Ünləndiyi adı (taxma adı, ləqəbi): Ərəbistanlı Lourens.

Atası: Bilinmir.

Anası: Bilinmir.

Soyu: Chopman.

Budunu (milliyyəti): İngilis.

Dini: Xristian.

Doğum tarixi: 16 avqust 1888-ci il.

Doğum yeri: Şimalı Uels.

Ölüm tarixi: 19 may 1935-ci il.

Ölüm yeri: Güney-batı İngiltərə.

İşi: Zabit, cəsus, araqatan.

Oxuduğu məktəb: Maqdalin Kolleci.

Görəvi: İslam coğrafiyasında qarışıqlıq çıxartmaq, terror və sui-qəsd hərəkətləri törətmək, Türk dövlətinə qarşı Ərəbləri üsyan etməyə çağırmaq, Türk dövlətinin parçalanması üçün çalışmaq.

Məqamı: İngiltərə kəşfiyyat idarəsinin zabiti, hərbi hava qüvvələrinin zabiti, Müstəmləkələr nazirliyinin danışmanı (müşaviri).


Haqqında digər bilgi:

Tomas Edvard Lourens, ingilis-irland ailəsinə mənsub Britaniya kəşfiyyatının agenti olmuş şəxsdir. O, 1888-ci ildə anadan olmuşdur. Universitetdə təhsil almışdır. O, ərəblərin məişətini, adət-ənənələrini, İslam dinini ayrıntılarına qədər öyrənmiş, ərəb dilini ləhcə səviyyəsində mənimsəmişdir. Universiteti bitirdikdən sonra vəzifəsini icra etmək üçün 1910-cu ildə Britaniya kəşfiyyatının agenti kimi arxeoloq kimliyi ilə Ərəbistanın şərqində məskunlaşmışdı.

İlk iş olaraq Ərəb tayfa başçıları ilə dostluq münasibəti yaratmağa və onların etibarını qazanmaq üçün çalışmışdır. Çalışmalarının nəticəsi olaraq bir çox Ərəb tayfa başçılarını əla ala bilmişdir. Əbd-ül-Əziz ibn Səud, Hüseyn ibn Əli və oğlu Feysəl1 Lourensin ələ aldığı və İngilislər üçün işləyən, müsəlman Türk dövlətinə xəyanət etmiş ərəb tayfa başçılarından ən məşurlarındandılar.

Birinci Dünya müharibəsi başlayandan sonra Lourens ələ aldığı ərəb tayfa başçılarının iştirakı və yardımı ilə Türk kakanlığına (Osmanlı) qarşı Ərəb millətçiliyi hərakatı adı altında İngilis mənafeyinin təminatı əməliyyatını başlada bilmişdir. Lourens Britaniya ordusunun və digər müttəfiq ordularının kəşviyyatçıları ilə ərəblərdən ibraət qurulmuş ordunun köməyi ilə ərəb coğrafiyasında müsəlman Türklərə qarşı qiyamı başladaraq nəticədə Türk dövlətinin müharibədən məğlub çıxmasıda rol oynamışlar.

Lourens, 1921-ci ildə Vinston Çörçillin təklifi ilə Müstəmləkələr nazirliyində Orta şərq üzrə müşavir vəzifəsində, 1922-ci ildə Britaniya kral hərbi hava qüvvələrində çalışmışdır. Polkovnik Lourens 1927-1928-ci illərdə Əfqanistanda dövlət çevrilişi edərək Əfqanıstan əmiri Emanullahı devirmək üçün bölgəyə göndərilmişdir.

Lourens müsəlmanlar arasında Pir Kərəm Şah adı altında şeyx sifəti ilə fəaliyyətə başlamış, əmir Emanullahı islahatlarına qarşı təbliğat apararaq onu peyğəmbərin qoyduğu qanunlara qarşı çıxdığı haqqında saxta fətfalar vermişdir. Lourens Əfqanıstan əmiri Emanullahı devirmək üçün Habibullah Kalakani özünə köməkçi götürmüşdür. Ona Əfqanistan əmiri olacağını vəd etmişdir. Əmir Emanullah 1929-cu ilin yanvar ayında devrilmiş və Habibullah Kalakani Əfqanistan əmiri elan edilmişdir. Lakin, Baçayi Sakaonun hakimiyyəti tanınmamaqla bərabər uzunda çəkmədi və həmin ilin oktyabr ayında edam edilmişidr.

Lourens burdakı işini bitirdikdən sonra təkrar Londona qayıtmış və əsasən Afrikada müsəlmanlar əlehinə növbəti planı həyata keçirmək üçün ilkin işlərə başlamışdır. Ancaq buna nail ola bilməmişdir. Beləki, Türk kakanlığnın rəsmi qaldırılmasından sonra müstəqil fəaliyyətə başlayan (Türkiyə cümhuriyyətinin o zamankı rəhbərliyinə tabe olmadan) Türk kakanlığı (Osmanlı) İstihbarat təşkilatının təşkil etdiyi motosiklet qəzası nəticəsində 1935-ci il may ayının 19 öldürülmüşdür. O, Londonun Müqəddəs Pavel kilsəsində müharibə qəhrəmanları kimi dəfn olunmuşdur.


1-Bunlardan Əbd-ül-Əziz ibn Səud İngilislər tərəfindən qurulan və onun soyunun adı ilə adlandırdıqları Səudiyyə krallığını başına keçirildi, digər tayfa başçılarına görə İngilislərə daha sədaqətlə xidmət etdiyinə görə devrilmədi və ondan sonra gələnlər hələdə bu krallığı yönətməkdədilər. Haşimilər soyundan gəldiyi üçün Türk dövləti tərəfindən hörmət edilən və Məkkə Şərifi olaraq təyin edilmiş Hüseyn ibn Əli Türk dövlətinin etibarına xəyanət edərək İngilislərlə iş birliyi etdi. Bunun mükafatı olaraq İngilislər onun bir oğlu Feysəli İraq kralı, digər oğlu Abdullanı İordaniya kralı və özünü isə Hicaz kralı elan etdilər. Lakin, sonradan İngilislərin gözündən düşən özü və oğlu Feysəl taxtan endirildi. İngilislərə xidmətdə sadiq olan oğlu Abdulla isə İordaniya kralı olaraq qaldı. Ondan sonra gələnlərdə hal-hazırda İordaniya yönətilər.

2-Habibullah Kalakani olan bu adamın atası su daşıyıcısı olduğu üçün ona Baçayi Sakao adı verilmişdir. Özü fars kökənli olub Taciq ailəsində dünyaya gəlmişdir. Mədrəsə oxumuşdur. Daha sonralar öz atasını, arvadını, bir mollanı və bir çox müsəlmanı öldürmüş, quldur dəstəsi kimi tanımlanan dəstənin başçısı olmuşdur. Bəzi kəsimlər isə onun Sələfi etiqadına bağlı dindar biri olduğunu iddia etməkdədilər. Bəzi qaynaqlarda isə onun Vəhabi olduğu keçməkdədir.

Tomas Edvard Lourens
Britaniya kəşfiyyatının agenti polkovnik Tomas Edvard Lourens.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1378 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?