Arama
Togg

TOGG - 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır.

Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı. Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM quruldu. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir. 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı. TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu il tarixində təşkil edilən mətbuat konfransında təqdim edilmişdir.

TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı. Zavod üçün layihə əsaslı dövlət yardımının veriləcəyi açıqlandı. 2019-cu ilin dekabr ayında təqdim olunan TOGG Türk milli avtomobilinin iki modeli, hər ikisi 300 km və ya 500 km aralığında olan elektrikli avtomobillərdir. Hər iki avtomobildə 8 illik batareya zəmanəti və 2-ci səviyyəli avtonom idarəetmə köməkçisi olacaqdır.

Yazar: Rüstəm Abbasov Oxunma: 128 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?