Arama
Terror, terrorçuluq və terrorçular

Adı: Terror, terrorçuluq və terrorçular.

Sözün özü: Terror.

Kökəni: Latın dilində.

Anlamı: Qorxudan titrədən, qorxu, dəhşət verən.


Haqqında digər bilgi:

Terror, bir şəxs və ya daha çox şəxslər tərəfindən, qanuni yolla yönətmə görəvini (idarəetmə səlahiyyətini) əldə etmiş şəxs və ya şəxslərə (dövlət və hökümət rəhbərlərinə), özlərinin istəklərini zorla qəbul etdirməyə məcbur etmək üçün günahsız adamların ölümləri və ya zərər çəkmələri ilə nəticələnən silahla və ya digər vasitələrlə törətdilən hadisədir. Terror hadisəsi və ya terrorçular tanınmış hansısa dövlət tərəfindən dəstəklənərsə, ya da terror hadisəsi tanınmış bir dövlət tərəfindən həyata keçirilərsə buna dövlət terroru deyilir.

Terrorçuluq, mütəmadi terror hadisələri törətməklə məşğul olmaqdı.

Terrorçu və ya terrorçular, terror hadisəsini planlaşdıran və həyata keçirən şəxslərdir.

Dünyada bilinən ilk terror hadisəsi Roma güclərinə qarşı törədilən hadisə və ilk terrorçilar isə bu hadisəni törədən zealotos yəhudi dəstəsinə aid olan yəhudilər olmuşlar. Terror sözünü günümüzdəki anlamda istifadə edənlər və ilk siyasi-dövlət terrorunu rəsmiləşdirənlər isə fransızlar olmuşlar. Fıransada baş verən çevrilişdən sonra inqilabı qorumaq üçün çevriliş yolu ilə hakimiyyətə gələnlər 5 sentyabr 1793-cü ildə siyasi və dövlət terrorunu rəsmən elan etmişlər. Belə bir hal Rusiyada sosialist-kommunist çevrilişindən sonra qırmızı terror adı ilə tətbiq edildi.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?