Arama
Tengri inancı və əsasları

Tengri inancı Türklərin İslam dinindən öncə mənsub olduqları dini inancdır. Türk qaynaqlarından məlum olduğu kimi Tengri inancının qayda-qanunlarını, yəni Tengrinin buyruqlarını Oquz (Oğuz) kakana (hakan, xaqan) bir yaradılmış öyrətmişdir. Oquz kakanda bu qayda-qanunları yasa-törə olaraq yazdırmış və Tengrinin əmirlərini dünyanın dörd bir tərəfində yaymaq üçün dünyanın dörd bir tərəfinə adamlar-əsgərlər göndərmişdir. Bir çox tarix kitabında Türklərin Şaman dininə mənsub olduqları iddia edilməkdədir və Şamanlıqla Tengri inancı eyni tutulmaqdadır. Bu iddianın isbatı kimi əsasən günümüzdə Altay, Sibir, Monqol və digər ellərdə yaşayan Türklərin bu gün mənsub olduqları inanclar və tapınma şəkilləri subut kimi təqdim edilir. Hətta, ən uzaq keçmişdə var olmuş Türk qəhrəmanları, başbuq və kakanları ilah kimi təsvir edilir, bəzi yasalar, işarələr məhz şamanlığın ya da çox Allahlığın işarələri və yasaları kimi şərh (qəsdən və ya bilgisizlikdən) olunur. Ancaq aydındır ki, min ildən sonra təhrif olunmuş, içinə fərqli inanclardan (manilik, bütpərəslik, şamanlıq və başqa) düşüncələr qatılmış qarmaqarışıq bir inancı əsas alaraq Tengri inancının məhz bu ya da məhz belə olduğunu iddia etmək, günümüzdə mövcud olan bu qarmaqarışıq inancıda subut kimi təqdim etmək tamami ilə və kökündən yanlışdır. Əslində şamanlıq bir din olmayıb sonradan Türklərin dininə qarışmış bir xurafatdır. Bəzən Tunquzca bir söz olan şaman yerinə kam sözünüdən də istifadə edərdilər. Kam güya üstün təbiət gücləri ilə təmasa keçə bilən insandır. Bunlar özlərinə görə bəzi üsullarla özlərindən keçər və normal insanların görüb eşitmədiyi şeylərdən xəbər verərdilər.

İslamiyyətdən əvvəl də Türklər bu kəsləri, yəni kam və ya şamanları, din adamı olmaqdan çox cadugər hesab edirdilər. Bəzi Türklərin bu cadugərlərə olan inancını bəzi tarixçilər səhvən bütün Türklərin din kimi təsvir etmişlər. Bu gün qəti olaraq əldə edilən məlumatlara əsasən deyə bilərik ki, Türklər Tengri (İslamda Allah) dedikləri bir yaradıcıya inanmaqda idilər.

Bəzi tarixçilərin iddia etdiklərinin əksinə olaraq Tengri sözü ilə Tanrı sözüdə fərqli sözlərdi. Tengri sözü (????????????????) tengli - dengli - dəngli yəni dəngəli olan, ədalətli olan anlamını verməkdədir. Tanrı sözü isə Türkcə tan - dan (günün doğmasının ilk anına verilən addır) sözü ilə məcusilikdə/manilikdə günəş ilahının adı olan rı - ra sözünün birləşməsindən törəmişdir. Tengri inancında Türklərin inandığı tək Allah məhz Tengri sözü ilə ifadə olunmuşdur. Uyğurlar dönəmində Türklərin bir qismi arasında maniliyin yayılmasından sonra tanrı sözü ortaya çıxmışdır.

Tengrinin iradəsinin üstünlüyünə inanarlar, hər işdə onun razılığını düşünərdilər. Qəza və qədərə inanarlar, Yaradanın elə istədiyi üçün bir işin elə olduğunu qəbul edərdilər. Bəzən bu Yaradıcıya GöyTengri deyilirmiş. Buna görə bəziləri deyirlər ki Türklər səmaya Tanrı deyirmişlər, səmanın Tanrı olduğuna inanırmışlar. Lakin, bu əsassızdı. GöyTengri sözündəki göy sözü səmanın Allah olduğu demək deyil. Tengri bir olan Yaradanın adıdır. Göy ifadəsi Tengrinin bir məkana sığmadığını, Tengrininin gök kimi sonsuz olduğu bildirirdi. GöyTengri ifadəsinin yanlış mənası isə olsa olsa səhv bir inanışla Tengrinin səmada, yəni üstdə olduğunu qəbul etmək kimi bir düşüncəy ilə ortaya çıxa bilər. Necə ki, bu gün də çox səhv olaraq üstümüzdə Allah var, göydə olan Allah haqqı kimi ifadələr hələ də istifadə edilməkdədir. Halbuki, Orkun kitabələrində üstdə mavi göy, altda yağıq yer yaradıldıqda, ikisi arasında insanoğlu yaradılmış deyilərək, bunların (səmanın, torpağın, insanın, təbiyyətin) Tengri tərəfindən yaradılmış şey olduqları ifadə edilmişdir. Yenə orada Tengri edər, Tengri yaşar yazılmış inancına görə Tengri məxluq deyil, yaradandır. Digər tərəfdən Tengri dininə görə Türklərdə zina etmək, yalan danışmaq, dedi-qodu etmək, düşmənləri belə olsa bir kimsəni aldatmaq, zülm etmək, oğurluq etmək kimi xüsuslar böyük cinayət (günah) olaraq qəbul edilib, bunları edənlər çox ağır şəkildə cəzalandırılırmış.

Yuxarıda qeyd edilən təməl etiqadı və əməli əsaslar, İslam dini ilə böyük bir bənzərlik göstərməkdədir. Tengri dinində və dinin yaradılış adlı kitabında uçmaq (cənnət), tamı (cəhənnəm), yükünç (səcdə, namaz), uluğ-gün (qiyamət), yek (iblis, şeytan), yazuk (yazığ, günah) anlayışlarının hər biri bu gün İslamiyyətdə də vardır. Bütün bunlar isbat edir ki, Tengri dini tək Allahlı dindir. Digər səmavi dinlər kimi Tengri dini də təhrif edilmiş, sonradan dinə xurafatlar, səhv fikirlər qatılmışdır. Türk dastanlarının içində ən qədimi və xüsusən də dini mahiyyət daşıyanı Türkün yaradılış kitabıdır. Türk tarini öyrənmək acısından önəmlidir. Bu gün artıq bu kitab tarixi-mədəni abidə durumundadır. Təhrif edilmiş və dini baxımdan yanlışlıqlarla doludur.

Yazar: Şükür Məhişoğlu Oxunma: 613 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?