Arama
Təcil

Adı: Təcil.

İlişgi: Fizika.


Haqqında digər bilgi:

Təcil, cisim a nöqtəsindən b nöqtəsinə müəyyən zamanda dəyişən sürətlə hərəkət etdikdə cismin aldığı sürətlər fərqini, cismin məsafəni qət etmək üçün sərf etdiyi zamana böldükdə hər saniyə başına düşən sürətdi. Aydındır ki, (m-metr, san-saniyə)

(m/san)/san

olduğu üçün təcilin vahidi də

m/san2

olacaqdır.

Təcili a, surət dəyişməsində başlanğıc surəti v1, dəyişmiş surəti v2 və zamanı t ilə işarə etsək sadə təcil düsturu aşağıdakı kimi olacaqdır.

a=(v2-v1)/t

Digər tərəfdəndə təcil riyazi olaraq sürətin zamana görə birinci dərəcəli törəməsidir. Təcilin xüsusi halı sərbəstdüşmə təcilidir. Havadan yerə düşən cismin təcili, düşən cismin materialından, çəkisindən və şəkilindən (formasından) asılı olmayaraq sabitdir və bütün düşən cisimlərin təcili eynidir. Buna sərbəstdüşmə təcili deyilir. Adətən g hərifi ilə işarə olunur.

g=9.81 m/san2

Təcil
Təcil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 736 Bölmə: Fizika
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?