Arama
Tarix elmi

Adı: Tarix.

Sahə: Elm sahəsi.

Öyrənmə əhatəsinə görə: Ümumi və özəl (xüsusi) tarixlər.

Öyrənmə üsuluna görə: Xronologiya və səlnamə.


Haqqında digər bilgi:

Tarix elmi, toplumu etkiləyən hərəkətlərdən doğan olayları zaman və yer göstərərək anladan, bu olaylar arasındaki ilişkiləri, daha öncəki və sonrakı olaylarla bağlantılarını, qarşılıqlı etkilənmələri araşdırıb göstərən elmdir.

Hansısa bir dövrün və ya ilk insanın yaradıldığından başlayaraq günümüzə qədər olan dövrün bütün sahələrinə aid olayları öyrənən tarix ümumi tarix adlanır. Ümumi tarix dünya tarixi və milli tarix olaraq iki yerə ayrılır. Bütün sahələri deyil müxtəlif sahələrdən yalnız birini öyrənən tarix isə özəl (xüsusi) tarix hesab edilir. Siyasi tarix, mədəniyyət tarixi, hansısa idman növünün və ya bir təşkilatın tarixi xüsusi tarix sahəsinə nümunə olaraq göstərilə bilər. Ümumi tarixdən fərqli olaraq xüsusi tarixdə həmən sahəyə aid olaylar, zaman və yerlər tam təfsilatı ilə öyrənilir.

Öyrənmə və qeydə alma üsuluna görə tarix iki yerə bölünməkdədir. Xronologiya və səlnamə. Baş verən olayların nədənini və mahiyyətini, ondan əvvəl və sonra baş verən hadisələrlə həmin olayın bağlantılarını öyrənmədən yalnız olay, olay iştirakçıları, zaman və yer haqqında bilgilərin qeyd olunduğu tarix isə xronologiya adlanır. Zamanın dəqiq qeyd olunmasına o qədər də əhəmiyyət verilməyən baş verən olayların nədənini, bu olayla digər olayların bağlantılarını, olayın iştirakçılarını təfsilatlı şəkildə öyrənən tarix isə səlnamə adlanır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 3284 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?