Arama
Taliban hərəkatı

Adı: Taliban hərəkatı.

Ərəb və Puştun dillərində: طالبان.

Adının anlamı: Talib olan(lar), Şagird(lər).

Qurulma tarixi: 1994-cü il.

Qurucuları: Şeyx Məhəmməd molla Ömər və 30 tələbəsi.

İlk başçısı: Şeyx Məhəmməd molla Ömər.

Qurulma məqsədi: Əfqanıstandan işğalçıları qovmaq və ölkəni mövcud cətin durumdan xilas etmək.

Hazırkı başçısı: Haibatullah Akhundzada.

Əfqanıstanı yönətməsi: 1996-2001-ci illər və 2021-ci ilin avqust ayının 15-dən günümüzə qədər.


Haqqında digər bilgi:

Taliban hərəkatı, Əfqanıstandan işğalçıları qovmaq və ölkəni mövcud cətin durumdan xilas etmək məqsədi ilə 1994-cü ildə Şeyx Məhəmməd molla Ömər və 30 tələbəsi tərəfindən qurulan hərəkatdır.

Taliban hərəkatına qatılanların çoxu Əfqanıstan əhalisinin əksər hissəsini təşkil edən Puştun millətidir. Taliban hərəkatı 1996-cı ildən 2001-ci ilə qədər Əfqanıstanı yönəltmişdir. ABŞ-da baş verən 11 sentyabr terror hadisəsinə görə ABŞ, “Taliban terrorçuları müdafiə edir” qənayətinə əsaslanaraq 2001-ci ildə Əfqanıstanı işğal etmiş, beləliklə Taliban hərəkatı hakimiyyətdən zorla uzaqlaşdırılmışdır.

İşğal dövründədə fəaliyyətini davam etdirən və hətta ölkənin bəzi yerlərinə nəzarət edən Taliban hərəkatı, 2021-ci ildə ABŞ məcbur qaldığı üçün qoşunlarını Əfqanıstandan çıxartdıqdan sonra yenidən hakimiyyətə gəlmişdir (2021-ci ilin avqust ayının 15-də). Əfqanıstanın rəsmi adını Əfqanıstan İslam Əmirliyi olaraq dəyişdirən Taliban hərəkatı ölkədə müvəqqəti hökümətin qurulduğunuda elan etmişdir. Hal-hazırda ölkəni çətin iqtisadi durumdan xilas etmək üçün dünya dövlətləri ilə əlaqələr qurmaq üçün çalışan Taliban hərəkatı Türkiyə və Pakistan başda olmaqla bir sıra ölkələrlə (ABŞ, Rusiya, Çin və s.) təmaslarını davam etdirməkdədir. Bəzi dövlətlər və qurluşlar hələdə Talibanı terrorçu təşkilat olaraq tanımaqdadılar. Onlar Taliban hərəkatını terror siyahısından çıxartmaq üçün Talibanın qarşısına Əfqan xalqının həyat tərzinə zidd olan tələblər qoymaqdadılar.

Taliban hərəkatı
Taliban hərəkatının damqası (gerbi).
Taliban hərəkatı
Taliban hərəkatının bayrağı.
Taliban hərəkatı
Taliban hərəkatının qurucusu Şeyx Məhəmməd Molla Ömər.
Taliban hərəkatı
Taliban və Əfqanıstan hökümətinin nümayəndəsi Çavuşoğlu ilə görüşdə.
Yazar: Şükür Məhişoğlu Oxunma: 210 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?