Arama
Tahkîku mâlil-Hind

Tahkîku mâli'l-Hind (تحقيق ما للهند), Əbu Reyhan Əl-Biruni tərəfindən 1017-1030-cu illərdə yazılmış Hindistan mədəniyyətini, hindistan toplumunun yapısını, hindistan içtimai həyatını, örf və adətlərini, hindlilərin inanc sistemini və digər bilgiləri özündə içərən kitabdır.

Kitabın tam adı Tahkîku mâ li'l-Hind min makûletin makbûletin fi'l-ʿakl evdir. Qısaldılmış adı isə sadəcə Hindistan olaraq bilinməkdədir. Kitab hər bölməsi dörd və ya beş səhifədən olmaqla 80 bölmədən oluşmaqdadır. Bu bölmələr Hind mədəniyyətinin özəllikləri, Hind inancına görə tanrı anlayışı, bu dünya və ötəki dünya, ruh-us (ağıl), nəfs-bədən ilişgisi, sonuncu gün (axirət) və qurtuluş ilkəsi, uçmaq (cənnət) və cəhənnəm bilgisi, axır qurtuluşa çatmaq yöntəmləri, yaradılmışlar və türləri mövzularını əhatə etməkdədir.

Kitabda həmçinin Hind din və mədəniyyət hüququ sayılan kasta sistemləri və kastaların qanunları, Hind inancının mətinləri, bütlər və bütpərəslik qanunları, qurban və kəfarət törənləri, Hindilər üçün kutsal olan yerlər və onların ziyarət qaydaları, dava, cəza, yemə-içmə ədəbi, Hind dini bayramları, hind inancına görə orucluq, uğurlu-uğursuz günlər, evlilik, miras və s. bilgilərdə öz əksini tapmaqdadır.

Əsərin digər ölçüsü isə Hindistanda elmi, ədədbi və bədii durumun öyrənilməsidir. Əsərdə Hind dili və ədəbiyyatı, düşüncəsi, coğrafiyası, tarixi, Hindistanda riyaziyyat, astronomiya və s. durumlar göstərilməklə Hind ədəbiyyatı, mədəniyyəti, düşüncəsi, dili və elmi işləri haqqında da bilgi verilməkdədir.

Əsər Hind inancını İslam dini ilə müqayisə etmək, yanlış olan Hind inancının batil olduğunu göstərmək və Hind inancına qarşı doğru düşüncə irəli sürmək üçün yazılmamışdır. Əl-Biruni əsəri batil olan Hind inancı haqqında bilgi vermək üçün yazmışdır. Ona görədə əsərdə Hind inancından qaynaqlanan düşüncələrə, İslam dininə dayalı düşüncələr vasitəsi ilə qarşı çıxmamışdır. Sadəcə bəzi heykayələri nəql edən zaman bu heykayələrin tarixi tutacağının olmadını, bəzi heykayələrin isə İslam dinində olan heykayələrlə bənzərlik təşkil etdiyini qeyd etmişdir.

Əsər C. Edvard Saşau tərəfindən 1883-1884-cü illərdə Alman dilinə, 1887-1888-ci illərdə İngilis dilinə çevrilmişdir. Kitab 1958-ci ildə Heydərabad şəhərində və 1983-cü ildə Beyrut şəhərində Ərəb dilində çap edilmişdir. Türk dilinə çevrisi isə 20-ci illərdə Kıvamüddin Buruslan tərəfindən edilmişdir. Çevri 2018-ci ildə yayımlanmışdır.

Tahkîku mâlil-Hind
Tahkîku mâli'l-Hind əsərinin Türkçə yayımının üz qabığı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 568 Bölmə: Kitablar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?