Arama
Sultan Alp Arslan (Kakan)

Tam adı: Davud Çağrı oğlu Məhəmməd Alp Arslan (Məhəmməd Alp Arslan bin Davud Çağrı).

Türkçə qısa adı: Alp Arslan.

Xilafət qısa adı: Fəthin atası (Ebül-Feth), Dövlətin gücü (Adud'üd devle), İgidliyin atası (Ebu Şüca), xəlifənin dəlili, xəlifənin xəlifə olduğunu isbat edən (Burhanü Emiri’l-mü’minin).

Doğum tarixi: 20 yanvar 1029-cu il (tartışmalı).

Doğum yeri: Horasan (tartışmalı).

Atası: Çağrı bəy.

Boyu: Kınık.

Soyu: Səlcuqlu.

Ölüm tarixi: 24 noyabr 1072-ci il.

Ölüm yeri: Barzem və ya Merv (Günümüz Türkmənistan).


Görəvi: Səlcuqlu elindən Türk Kakanı.

Görəv sürəsi: 27 aprel 1064-24 noyabr 1072-ci il.


Haqqında digər bilgi:

Davud Çağrı oğlu Məhəmməd Alp Arslan, Səlcuqlu Elindən 2-ci Türk Kakanıdır. Səlcuqlu elindən Türk Kakanı olmuş Tuqrul (Tuğrul) bəyin qardaşı oğludur. Harda doğulması və neçənci ildə doğulması tartışılır. Ən güvənilir qaynaq kimi İbnü’l-Esirin verdiyi bilgi götürülür və 20 yanvar 1029-cu il qəbul edilir.

Hələ yeni yetmə yaşlarında savaşlara qatılan və birliklərə rəhbərlik etməyi (1049-cu və 1058-ci illərdəki savaşlarda zəfər qazanmışdır)bacaran Alp Arslanın Çağrı bəyin yerinə ən doğru namizəd olması istər Çağrı bəyin Obasında, istər Kınıkların içində, istərsədə Səlcuqlu soyundan olanlar arasında öz təsdiqin tapmışdı. Çağrı bəy avqust 1059-cu ildə vəfat edən zaman Alp Arslan heç bir etiraz olmadan bəy oldu.

Əmisi Tuğrul bəy 1063-cu ilin sentyabr ayında vəfat etdikdən sonra ögey qardaşı Süleyman bəy taxta çıxardıldı. Buna etiraz edənlər üsyan etdilər. Alp Arslan üsyanları yatırsada Süleyman bəy öz istəyi ilə hakimiyyətdən çəkildi və Alp Arslan 27 aprel 1064-cü ildə Kakan elan olundu. Alp Arslan batıya yönələrək bir sıra yerləri o cümlədən 16 avqust 1064-cü ildə Ani şəhərini fəth etdi. Buna görə xəlifə Kaim-Biemrillahın məktubu ilə Ebü’l-feth (Fəthin atası) adını aldı. Daha sonra Türküstana döndü.

Alp Arslan Türküstanda asayışı bərpa etdikdən sonra Büveyhilərin əlində əsir durumunda olan Xilafəti və xəlifə Kaim-Biemrillahı qutardı. 1070-ci ildə Məkkə və Mədinəni yenidən xəlifəyə bağlayaraq adına xütbə oxunmasını təmin etdi. Bütün Ərəb elində nəzarəti əla aldı. Buna görə Burhanü Emiri’l-mü’minin (xəlifənin dəlili, xəlifənin xəlifə olduğunu isbat edən) adını aldı.

Sultan Alp Arslan daha sonra yenidən batıya, (günümüz) Azərbaycan və Gürcüstana doğru yönəldi. Bir sıra fəthlər etdi. Anadolunu Türklərə yurd edən 26 avqust 1071-ci ildə Malazgird savaşında kəsin qələbə qazandı.

Daha sonra Karahanlı elində baş qaldıran qarışıqlığa son vermək və asayışı bərpa etmək üçün 200 minlik ordu ilə səfərə çıxdı. Barzem qalasını önünə gəldikdə qala başbuğu (Komutanı) Yusif Harizmi (Barzemi) Sultan Alp Arslan kakanın hüzuruna çıxmaq istədi. Hüzura qəbul edilən Yusif Harizmi çəkməsinin boğazında saxladığı və zəhərə batırılmış kiçik biçağı ilə Sultan Alp Arslan kakana qarşı sui-qəsd etdi. Böyründən aldığı zərbə nəticəsində zəhərlənən Alp Arslan 4 gün sonra şəhid oldu. Mervdə, günümüz Türkmənistanda dəfn olunduğu güman edilir.

Haqqında Malazgird 1071, Alp Arslan: Böyük Səlcuqlu kimi filimlər çəkilmişdir.

Sultan  Alp Arslan (Kakan)
Alp Arslan bəyin təsvir olunduğu minyatur.
Yazar: Şükür Məhişoğlu Oxunma: 224 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?