Arama
Su qızı (su pərisi), dəniz qızı və ya dəniz adamı

Su pəriləri, dəniz qızları və ya dəniz adamları qurşaqdan aşağı balıq şəklində, qurşaqdan yuxarı dişi görnüşündə olan, varlığı təsdiq olunmamış və əfsanələrdə yer alan obrazdır. Bəzi millətlərin əfsanələrində bu obraz dişi kimi, bəzilərində erkək kimi, bəzilərində isə həm dişisinin, həm də erkəyinin olduğu təsvir edilir. Min bir gecə nağıllarında isə bu obrazların bədənlərinin tamamının insan şəklində olduğu, ancaq suda yaşaya bildikləri ifadə edilməkdədir.

Su pəriləri, dəniz qızları və ya dəniz adamları haqqında ilk bilgilərin m. ö 5000-ci illərə qədər gedib çıxır. Bilinən ilk yazılı bilgilərin m .ö. 1000-ci ildə Asurrlar tərəfindən yazıldığı qəbul edilməkdədir. İngilis, Rus-Slavyan, Yunan, Afrika, İrland, Şotland, Ərəb, Hind və digər millətlərin əfsanələrində bu haqda geniş bilgilər vardır.

Dünyanın bir çox millətlərinin ədəbiyyatlarına konu olmuş bu əfsanələrin yaranması nədənini bir neçə nəzəriyyə ilə izah etməyə çalışırlar. Bir fərziyyəyə görə dənizçilər dənizdə olan dəniz inəklərini görmüşlər və dəniz inəklərini qız-qadın hesab etmişlər. Dəniz inəkləinin başına dolaşmış dəniz yosunlarını isə onların saçı sanmışlar. Bu fərziyyə əfsanənin yaranma səbəbini izah etmir. Çünki, dəniz qızı yaxud da su pərisi kimi tanınan bu obraz bütün millətlərdə dişi görkəmdə deyil.

Digər bir fərziyyəyə görə isə keçmiş zamanlarda doğuşdan ayaqları bitişik doğulmuş cocuqları suya atarmışlar. Bunların əksəriyyəti məhv olsada bəziləri ölməmiş su kənarında yaşamışdır. Cəmiyyətdən ayrı düşdüyü üçün danışa bilməmişlər. Bu cür sağ qalan ayaqları bitişik atılmışları sonradan görən adamlar heyrətə gəlmiş və bunları qeyri adi varlıqlar hesab etmişlər.

Başqa bir fərziyyəyə görə isə bu əfsanələrdəki obrazlar əfsanə deyil, gerçəkdir. Obraz deyil yaradılmış varlıqlardır. Əsasən dəniz və okeanların dibində yaşayırlar. Bəzən böyük çaylara qədər üzüb gəlirlər. Danışa bilirlər.

Bax: Ningen.

Su qızı (su pərisi), dəniz qızı və ya dəniz adamı
Antiq çağa aid bir daş işləmə.
Su qızı (su pərisi), dəniz qızı və ya dəniz adamı
John Williamın Siren adlı şəkli.
Su qızı (su pərisi), dəniz qızı və ya dəniz adamı
John Williamın su qızı şəkli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1905 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?