Arama
Soğan bitkisi

Gənəl bilgi.

Soğan adı soğangillər fəsiləsinə aid olan allium cinsinə daxil olan bütün bitgilərə verilən gənəl addır. Bunlardan məişətdə yeməyi dadlandırmaq üçün istifadə etdiyimiz soğan cinsinə Avropada allium cepa adı verilmişdir. Bizdə isə soğan adı əsasən məişətdə istifadə etdiyimiz soğan cinsini ifadə etməkdədir.

Dünyada 400 dən çox soğan növü vardır. Bundan 43 növü Azərbaycanda bitməkdədir. Adamların 6000 ildən çox soğandan istifadə etmələri haqqında bilgi vardır.

Baş soğan ikiillik və çoxillik əsas tərəvəz bitgisidir. Yarpağı boru şəkilli və şirəli olur. Çiçək açan zoğunun hündürlüyü 1.5 m-ə qədər çata bilir. Çiçəyi ağ rəngdə və çətir şəkilində olur. Soğan mülayim və isti ərazilərdə becərilir. Soğanağın inkişafı dövründə işığa və rütbətə təlabatı yüksək olur. -4 dərəcə temperatura qədər soyuğa davam gətirə bilir.

Əkilməsi.

Soğan baş soğanın tək-tək yerə basdırılması yaxud soğan toxumunun yerə səpilməsi ilə əkilə bilər. Əkin işləri yazlıq və payızlıq dövürlərə bölünərək aparılır. Yazlıq əkin 25 fevral - 5 mart, payızlıq əkin isə 20-30 noyabrda (bölgədən asılı olaraq dekabırın əvvəllərinə qədər uzana bilər) aparılır. Bir hektar ərazidə 600-800 min ədəd bitgi olur. Torpağa basdırılan zaman üzəri yaxşı örülməli, 2-5 sm çox dərinə basdırılmamalıdır. Azərbaycanda əsasən dağətəyi ərazilərdə Yerli xaçmaz və Luqanskiy növləri, düzən ərazilərdə isə Yerli hövsan, Yerli Masallı və Sabir növləri əkilməkdədir. Bu növlərlə yanaşı Türkiyədən gətirilən Anadolu növ soğanda əkilir.

Soğanı əsasən sahədə öncə faraş kələm, faraş kartof, xiyar, pomidor, badımcan, birillik paxlalılar, qabaq, yerkökü, çuğundur və səbzə bitgiləri əklmiş sahələrdə əkilməsi daha yaxşıdır.

Soğan soyuğa davamlı bitgidir. 1-2 dərəcə istilikdə cücərir. Bu şəraitdə cücərmə müddəti 35 gün çəkir. 20-22 dərəcəlik istilildə cücərmə 8 günə başa çatır.

Suvarılma.

Soğan becərilmə dövründə 6-12 dəfə suvarılır. Hər suvarılmada hektara 200-250 metr kub su istifadə olunmalıdır. Suvarılma dövrü mart-avqust aylarını əhatə edir.

Soğan növləri.

Yerli xaçmaz növü: Gecyetişən növdur. Yetişmə müddəti 152 gündür. Bir hektara 11-12 kq əkilir. Bir soğanın çəkisi 70-80 qıram olur. Hər hektara 30-32 ton məhsul verir. Qışa saxlamaq üçün yaxşı deyil. Xəstəliyə davamlıdır.

Yerli Hövsan növü: Ortayetişən növdur. Yetişmə müddəti 140-145 gündür. Hər hektara 13-15 kq əkilir. Bir soğanın çəkisi 50-60 qıram olur. Hər hektara 12-16 ton məhsul verir. Qışa saxlamaq üçün yaxşıdır. Xəstəliyə davamlıdır.

Yerli Masallı növü: Gecyetişən növdur. Yetişmə müddəti 150-152 gündür. Hər hektara 13-15 kq əkilir. Əkin vaxtı fevralın sonu, mart ayının əvvəlləridir. Bir soğanın çəkisi 70-80 qıram olur. Hər hektara 15-16 ton məhsul verir. Təzə halda yemək üçün yaxşıdır. Xəstəliyə davamlıdır.

Sabir növü: Ortayetişən növdur. Yetişmə müddəti 120-130 gündür. Hər hektara 12-13 kq əkilir. Əkin vaxtı fevralın ikinci on günlüyüdür. Bir soğanın çəkisi 85-90 qıram olur. Hər hektara 19-22 ton məhsul verir. Qışa saxlamaq üçün yaxşıdır. Xəstəliyə davamlıdır. Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu tərəfindən (S.Kazımov və C.Rzayev) yetişdirilib.

Luqansky növü: Gecyetişən növdur. Yetişmə müddəti 140 gündür. Hər hektara 12-13 kq əkilir. Bir soğanın çəkisi 71-146 qıram olur. Hər hektara 20-41 ton məhsul verir. Təzə halda yemək üçün yaxşıdır. Luqansky Kənd Təsərrüfatı İnstitutu tərəfindən yetişdirilib.

İstifadəsi.

Soğan baş soğan və yaşıl soğan olmaqla iki halda istifadə edilir. Baş soğan qış aylarına saxlamaq üçün yetişdirilir. Yaşıl soğanı isə yaz aylarından başlayaraq istifadə edirlər. Soğan 200-ə qədər xəstəliyə qarşı müalicədə istifadə olunur.

Soğan bitkisi
Təzə soğan dəstəsi.
Soğan bitkisi
Soğan çiçəyi.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?