Arama
Sisifos (Sisyphos, Sizif)

Adı: Sisifos (Sisyphos, Sizif).

Kökəni: Yunan mifologiyasından bir fiqurdur.


Haqqında digər bilgi:

Sisifos (Sisyphos, Sizif) - Aeolusun oğlu, Korint kralı, hiyləgərliyi və ölümü ikiqat aldatması ilə məşhur olan yunan mifologiyasından bir fiqurdur. Mifologiyada Sisif heç vaxt yerinə yetirilməsi mümkün olmayan işi təmsil edir.

Yunan mifologiyasında Sizif hekayəsinin çoxlu və ziddiyyətli versiyaları var. Zaman keçdikcə əlavələr olunaraq heykayələr dəyişsədə, yeganə dəyişməz şey onun dəhşətli cəza almasıdır.

Sisifos, Homer tərəfindən küləkləri idarə edən ilah kimi təsvir etdiyi Aeolusun oğludur. Sisifos Korintin qurucusu və ilk kralıdır. Sisifon hiyləgərliyi və iti zəkası ilə ün qazanır. O ölümü, hətta Hadesin özünü iki dəfə aldadır. Homer buna görə onu “insanların ən hiyləgəri” adlandırır.

Sisifosun ölümü aldatması:

Sisifosun ölümü aldatması heykayəsinin ən geniş yayılmışında qeyd edilir ki, Sisifos öldükdən sonra cəhənnəmin dərinliyinə düşür, ancaq burda ölümü (mifdə ölümün şəxsləşdirilmiş halı olan Thanatosu) aldadaraq zəncirləyir. Bundan sonra kimsə ölmür. Yalnız Aresin müdaxiləsindən sonra sorun çözülür və ölüm öz təbii işini görməyə davam edir.

Sisifos ikinci dəfə cəhənnəmə gedir. Hadesi və onun arvadı Persephoneni aldadaraq qurban kəsməyin qaydalarını onlara öyrədə biləcəyini deyib. Ancaq bunun üçün yenidən dünyaya qayıtmalı olduğunu və təkrar geri dönəcəyini bildirib. Onu dünyaya geri göndərirlər. Lakin, o geri dönmür. Yaşlandıqdan sonra təkrar ölür.

Sisifosun cəzası:

Homer öz əsərində qəhrəmanı Odisseyin dili ilə Zevis tərəfindən Sisifosuna verilmiş cəzasını belə təsvir edir. Sisifos böyük bir qayanı güc bəla ilə təpənin başına doğru itələyir. Təpənin başına az qalmış qaya yenidən diyirlənib dərəyə düşür. Sisifos təkrar yenə eyni işi görür.

Sisifos (Sisyphos, Sizif)
Sisifosun qayanı qaldırdığı təsvir edilmiş küpüstü şəkil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 147 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?