Arama
Şeyh Şamil hz

Tam adı: Qazi Məməmməd oğlu Şeyh Şamil Əli bəy.

Qısa adı: Şeyh Şamil.

Yücəltmə adları: Qafqaz qartalı, Gazi, İmam.

Doğum tarixi: 1797-ci il.

Doğum yeri: Günümüz Dağıstan dövləti, Gimri kəndi.

Atası: Məhəmməd.

Boyu: Qumuq.

Soyu: Qumuki.

Ölüm tarixi: 17 fevral 1871-ci il, bəzi qaynaqlarda 4 fevral 1871-ci il.

Ölüm yeri: Türk Kakanlığı (günümüzdə Ərəbistan), Mədinə şəhəri.


Görəvi: Qafqaz İslam-Türk dövlətinin başçısı.

Görəv sürəsi: 1835(34)-1859-cu illər


Haqqında digər bilgi:

Qazi Məməmməd oğlu Şeyh Şamil Əli bəy (Şeyx Şamil), Qafqaz İslam - Türk dövlətinin 4-cü dövlət başçısı, Mücahid və İmamdır. Qafqazda Azərbaycan Türklərindən sonra ən geniş yayılmış Qumuq Türklərindəndir. Atası ona Əli adın vermişdi, ama camahat ona Şamil dedikləri üçün Şamil adıyla ün saldı.

Gənc ikən elmə diqqət etmiş, dostları ilə Bağdada gedərək orda Mevlana Halid həzrətlərindən təfsir, fiqih, hədis, fənn, tarix, ədəbiyyat dərsələrini öyrənmişdir. Halid hz. icazəti və hilafəti ilə vətənə dönən Şamil hz. cavan yaşlarından savaşlara qatılmış, Gimri savaşında qazi olmuşdur.

Öncəki dövlət başçısı Həmzət bəy (1. Mansur bəy, 2. Qazi Məhəmməd, 3. Həmzət bəy) şəhid olduqdan sonra 1835-ci ildə (bəzi qaynaqlarda 1834-cü ildə) Goklak adlanan yerdə çağrılmış qurultay (kurul toy) Şeyh Şamili dövlət başçısı seçdi.

Uzun illər işğalçı Ruslara qarşı vətənini müdafiə edən və bütün rus ordusunu, generallarını qorxu içində saxlayan, onlara qan qusturan Şamil bəy və Qafqaz İslam - Türk dövləti ordusu Rusların hiyləsini anlamayaraq onlarla bağladığı andlaşma gərəyi silahı buraxdılar. Ancaq bu dəfə də sözlərinin üstündə durmayan Ruslar andlaşmaya sadiq qalmadılar və Şeyh Şamil hz və ətrafını 1859-cu ildə əsir alaraq Masıkıvaya (Moskvaya) apardılar. Çox böyük hörmət və ehtiramla Şamil hz qarşılayan rus çarı Aleksandır onu yaşaması üçün Kaluqa şəhərinə göndərdi. Şeyh Şamil hz. 1870-ci həcc ziyarətinə getmək üçün İstanbula gəldi. İstanbulda sarayda onu sultan Abdüləzizin kakan bir müddət qonaq saxladıqdan sonra həcc ziyarətinə yola düşdü.

Həcc ziyarətindən sonra Mədinədə yaşamını sürdürən Şeyh Şamil bəy orda da 17 fevral 1871-ci ildə (bəzi qaynaqlarda 4 fevralda) haqq dünyasına köçdü.

Şeyh Şamil hz
Şeyh Şamil bəy həzrətləri.
Yazar: Şükür Məhişoğlu Oxunma: 260 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?