Arama
Şəmsəddin Eldəniz bəy

Adı: Şəmsəddin Eldəniz.

Takma adı: Nizami, Üvey, Gəncəvi.

Doğum tarixi: 1110-1114-cü illər (tartışılır).

Atası (babası): Bilinmir.

Anasının adı: Bilinmir.

Xanımının adı: Möminə Hatun.

Övladının adı: Oğulları: Nüsrətüddin Cahan Pəhlivan Məhəmməd, Muzafferüddin Qızılarslan Osman. Qızları: Adı bilinməyən bir qızı olub.

Ölüm tarixi: 1175-ci il.


Dini: İslam.

Milliyyəti: Türk.

Boyu: Qıpçaq qoluna aid bir boydan (tartışmalı).


İşi: Dövlət xadimi, əsgər, başbuq, Böyük bəy.


Haqqında digər bilgi:

Şəmsəddin Eldəniz, Səlcuqlu soyunun hakimiyyəti dövründə Türk kakanlığının (hakanlığı, xaqanlığı) Mərkəzi (İraq) Səlcuqlu Elinin, Azərbaycan Atabəyliyinin (Böyük Bəyliyinin) Böyük bəyi, dövlət xadimi, əsgər, Türk Kakanlığının Azərbaycan ordularının başbuğu, tarixi şəxsiyyət.

Harda doğulduğu və ailəsi haqqında bilgi yoxdu. Mirhandın yazdığına (Ravzatüṣ-ṣafa kitabı, IV, 599) görə Türklərin Qıpçaq qolundandır və 1121-ci ildə “çəlimsiz bir uşaq ikən” Mərkəzi (İraq) Səlcuqlu Elinin Ayquncu Kəmaləddin əs-Sümeyremi öz himayəsinə götürmüşdür. Bu bilgiyə dayanaraq doğum tarixinin 1110-1114-cü illər arasında olduğu ehtimal edilir. Kəmaləddin əs-Sümeyremiyə batinilər tərəfindən öldürüldükdən (1122-ci il) sonra Mərkəzi (İraq) Səlcuqlu Elinin sultanı Sultan Mahmud b. Muhammed Taparın, onun ölmündən sonrada Sultan Məsudun yanında görəvlər üsləndi. Sultan Məsudun tərəfindən vəfat etmiş qardaşı I. Tuğrulun dul xanımı Möminə Hatunla evləndirilib. Bu evliliyindən Nüsrətüddin Cahan Pəhlivan Məhəmməd və Muzafferüddin Qızılarslan Osman və bir qızı olub.

Şəmsəddin Eldəniz bəy, Sultan Məsud tərəfindən üsyançı əmir Bozaba bəyi cəzalandıran zaman 1147-ci ildə Həmədan yaxınlığında baş verən savaşda Sultanın tərəfində olub. Sultan tərəfindən 1148-ci ildə Azərbaycan bəyliyinin başına bəy (vali) təyin edilir. Sultan Məsudun ölümündən sonra köhnə sultan Sultan Mahmud b. Məhəmməd Taparın oğlu Süleymanşahın 1161-ci ildə hakimiyyətə gəlməsidə və daha sonra devrilməsində, ögey oğlu Arslanşahın hakimiyytə gətirilməsində iştirak etdiyi barədində iddialar var.

Arslanşah hakimiyyətə gəldikdən sonra Cahan Pəhlivanı Ayqunc (əmirlərin böyüyü, baş nazir, əmir-i hâacib), Qızıl Arslanı da başbuq (ordunun başcısı, emir-i silah) təyin etdi. Şəmsəddin Eldənizədə Atabəy (böyük bəy) ünvanı verdi (Bündari, Ahbarüd-devletis-Səlcükiyyə). Arslanşahın hakimiyyətini tanımaq istəməyən bəzi əmirlərin (İnanç Sunqur, Aksunqur və digərləri) üsyanını basdıran Şəmsəddin Eldəniz girəvədən istifadə edərək Gəncə və digər iki şəhəri işğal edən gürcü Kralı III. Giorgini 1163-cü ildə Lukri savaşında məğlub etdi. İkinci dəfə üsyan edəm əmirləri yenidən itaət altına almış, yenidən hücum edən gürcüləri xəstəliyi səbəbindən özünün qatıla bilmədiyi savaşda 1175-ci ildə yenidən məğlub etdi. Səfərdən dönərkən Naxçıvanda həmən ilidı vəfat etdi. Həmədan yaxınlığında dəfn edildi.

Hətta xristianların belə sayğı ilə yanaşdıqları Şəmsəddin Eldəniz Türk dövlətinin böyük xadimlərindən biri idi. Alim və şairləri qoruyardı. Nizami Gəncəvi, Xəqani Şirvani, Fələk-i Şirvani, Memar Əcəmi, Gəncəli Ebül Ala və digərləri onun zamanında yazıb yaratmış ədiblərdəndir. Şəmsəddin Eldəniz Səlcuqlu soyu zamanında İraqda, Ahlatda, Farsda, Hüzustanda, Musulda və başqa yerlərdə Türk dövlətinin hakimiyyətini tam təmin etmişdir.

Şəmsəddin Eldəniz bəy
Atabəy Şəmsəddin Eldənizin bədii portreti, rəssam: Əjdər Qafarov, Azərbaycan Tarix Muzeyi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 348 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?