Arama
Səlcuqlu dönəmində dövlət yönətiminin adları

Ad: Səlcuqlu dönəmində dövlət yönətiminin adları.


Haqqında digər bilgi:

Dövlət yönətiminin adları dövlətin idarə olunması zamanı müxtəlif sahələri yönəltmək üçün qurulmuş qurumların adlarıdır. Səlcuqlu dönəmində də Türk dövlətində müxtəlif sahələrlə ilgili qurumlar vardı. Bu qurumların adları əsasən ərəb-fars sözlərindən qoyulmuşdur.

- Ələmçi (Ələmdar) və Ələm: Baş Bayraqçı və Bayrq, Bayraqçılar dəstəsinin başında duran adam və onun daşıdığı bayraq.

- Amid: Hansısa şəhər ya da bölgəyə təyin edilmiş mülki başçı/vali.

- Amil: Hansısa şəhər ya da bölgənin maliyyələçisi/xəzinəçisi.

- Atabəy (𐱃𐰀:𐰋𐰘): İqtidarda olan soya məxsus şəxsləri eyitmək, öyrətmək üçün təyin edilmiş dövlət adamlarıdır.

- Bisteqani: Əsgərlərin 3 ayda bir aldığı maaş.

- Divan-ı Arz: Ölkənin əsgər və ordu işlərini yürütməklə görəvli olan qurumdur. Ariz başçısının rəhbərliyi ilə toplanır.

- Divan-ı İstifa: Maliyyə və ekonomi işləri ilə ilgilənən qurumdur. Müstevfi başçısının rəhbərliyi ilə toplanır.

- Divan-ı İşraf: Əsgəri və hüquq işləri dışında qalan digər işləri dənətləməklə görəvli olan qurumdur. Müşrif başçısının rəhbərliyi ilə toplanır.

- Divan-ı Mezalim: Xalqın dilək və şikayətlərinin dinləndiyi və hüquq işlərinə baxıldığı Kakanın (hakan, sultan) başçılığı ilə toplanan kənəşdir (divandır).

- Divan-ı Saltanat (Büyük Divan): Səlçuqlu dönəmində Türk dövlətində dövlət işlərinin müzakirə olunduğu və dövlət əhəmiyyətli qərarlar alındığı kənəşdir (günümüzdə hökümət adlanır). Kənəşdə alınan qərar Kakan (sultan) tərəfindən onaylanarsa (imzalanarsa) qərar qüvvəyə minmiş hesab olunurdu. Kakan olmadığı zaman Büyük Divan'a Aygunc (vezir) başçılıq edərdi.

- Divan-ı Tuğra: Dövlətdə iç və dış yazı işlərini (məktubları qəbul etmək və göndərmək) yürütməklə görəvli olan qurumdur. Dövlətin katibliyi kimi.

- Emir-i Dad: Törə hüququ yəni Törəyə dayanan hüquq işlərini həyata keçirən qurumdur. Emir-i Dada müvafiq məhkəmələr bağlı idi.

- Guleman-ı Saray Ordusu: Türk olmayan millətlərə mənsub şəxslərdən təşkil edilmiş ordudur.

- Kadıəsgər: Ordu içində çıxabiləcək hər türlü sorunları Kadıəsgər çözərdi.

- Kadı'l Kudad: İslam-Şer'i hüquq işlərinə yəni dinə dayanan hüquq işlərinə Kadı'l Kudad başçılığında kadılar baxmaqda idi.

- Məlik: Bölgələrə başçı təyin edilən soy mənsubları.

- Muhtesip: Bələdiyə işlərindən sorumlu görəvli.

- Subaşı (𐰽𐰆:𐰉𐱁𐰃): İç güvənlik və asayişdən sorumlu şəxs.

- Şıhnə: Şəhər və bölgələrə təyin edilən ordu birləşmələrinin başında duruan əsgəri/hərbi başçı/vali.

- Vakıf: Sosyal və yaxşı işlər görən qurumlar.

İstifadə edilmişdir: https://www.fikriyat.com/galeri/tarih/selcuklu-tarihi-hakkinda-bilinmesi-gereken-terimler.

Yazar: Şükür Məhişoğlu Oxunma: 166 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?