Arama
Səhləb bitkisi

Bitkinin adı: Səhləb (bitki).

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlular.

Şöbənin sinifi: Birləpəlilər.

Sinifin sırası: Quşqonmazçiçəklilər.

Sıranın fəsiləsi: Səhləbkimilər.

Fəsilənin cinsi: Səhləb.


Haqqında digər bilgi

Səhləbsəhləbkimilər fəsiləsindən çox illik ot bitkisidir. Hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş lanset şəkilində olur. Çiçəkləri uzun sünbqlşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel-avqust ayına qədərdir. Azərbaycanda, Rusiya və Ukraynada bəzi növləri qırmızı kitaba düşüb.

Səhləbin aşağıdakı növləri dərman kimi istifadə olunur:

Fuks səhləbi, enliyarpaq səhləb, xallı səhləb  erkək səhləb, mürgü səhləbi, bataqlıq səhləbi, boyalı səhləb, purpur səhləb, sanasunit səhləbi, meymun səhləbi, üçyarpaq səhləb, ütük səhləb.

Səhləbin kökyumrusu uzunsov, uzunsov - yumurtavaridir. Çiçəkləri iri, vanil iylidir. Çiçəkyanlığın xarici yarpaqları elipisşəkilli, yumurtavari, iti, üç damarcıqlı, tünd bənpvşəyi rəngdədir. Daxili yarpaqları isə xətvari, 9 mm - dək uzanır.

Böyük qafqazın Quba hissəsində, Quba şəhəri ətrafında, Qonaqkənd qəsəbəsində, Qusar rayonunda, Böyük Qafqazın şərqində İsmayıllı rayonu ivanovka kəndi, Şamaxı rayonu Astarxanka, Xilmili kəndi ətrafında, Bozqır yaylası, Kiçik qafqazın şimalında Daşkəsən rayonu bayan kəndi ətrafında, Abşeronda Puta kəndi ətrafında rast gəlinir.

Səhləb bitkisi
Səhləb bitkisi
Səhləb bitkisi
Yazar: Rüstəm Abbasov Oxunma: 168 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?