Arama
Robotlar

Robot sabit və hərəkətli şəkildə əvvəlcədən verilmiş proqram əsasında fəaliyyət göstərən elektronik və mexaniki cihaz yaxud qurğudur.

Robot sözü Slavyan dil qrupuna aid olan Çex ləhçəsinə aiddir, mənası (rabota) işləmək deməkdir. Çex yazıçısı Karel Çapek öz əsərində yorulmadan çalışan və insana bənzər bir işçinin adını robot qoymuş və ilk dəfə robot sözünü işlətmişdir. Karel Çapekin "Aləmşumul süni adamlar fabriki (Rossum's universal robots)" adlı əsərini Xalid Fəxri Ozansoy Türk dilinə çevirmiş və 1927-ci ildə Dövlət mətbəəsində çap edildikdən sonra robot sözü bütün dünyaya yayılmışdır. Bundan sonra müxtəlif sahələrdə bu sözdən istifadə edilməyə başlanmışdır.

Robotları mexaniki, elektronik-mexaniki, elektronik və ağaıllı robotlar olaraq əsasən beş yerə bölmək mümkündür. Hərəkət qabliyyətinə görə isə sabit (tərpənməz) və hərəkətli olurlar. Tətbiq sahələrinə görə isə sənayedə, elmdə, məişətdə və s. sahələrdə istifadə olunurlar.

Mexaniki robotlarına verilən əmrlər mexaniki yolla robota çatdırılır. Məsələn, mexaniki zəngli saatlar, orta əsirlər dövründə Türk-müsəlman alimlərinin çay sularını daha hündür yerlərə qaldırmaq üçün yaratdığı qurğularda bu çür mexaniki robotlara örnəkdi. İsveçrədə yaşamış ata-oğul Drozelər 1700-cü ildə düzəltdikləri insanabənzər avtomat (Android) kukulalar da mexaniki robotlara aid yaxşı bir nümunədir. Bu kukulalardan biri istənilən yazını yaza bilir, digəri isə it, kəpənək şəkili çəkə bilirlər. Farkas Kempel tərəfindən 1769-cu ildə qayırılmış şahmat oynayan Türk adlı mexaniki robotda çox maraqlı görəvi yerinə yetirirmiş.

Elektro-mexaniki robotlara elektrik enerjisi və mexaniki yolla, elektronik robotlara isə əmirlər isə elekrik enerjisi vasitəsi ilə verilir. Məsələn, qısaqapanma olduğu zaman xətti şəbəkədən ayırmaq üçün düzəldilmiş elektrik açarı ən bəsid elektronik robota misal ola bilər.

Günümüzdə isə müxtəlif sensorlar vasitəsi ilə ətrafını taraya bilən, əldə etdiyi bilgini emal edən, ondan nəticə çıxaran və nəticəyə müvafiq çıxış əmrlərinə əsasən müxtəlif işləri görən proqramlaşdırılmış robotlar isə ağıllı robotlar çoxluğuna aiddir. Evlərdə istifadə olunmuş ilk ağıllı robot 1990-cı ildə Hasbro oyuncaq şirkəti tərəfindən istehsal edilmiş, işığa və səsə duyarlı olan furby robotudur. Bu robot ən bəsid ağıllı robot nümunəsidir. İlk insana bənzər robot isə Honda şirkəti tərəfindən 1986-cı ildə tasarlanmış Asimo robotudur.

Türk dünyasında yaradılmış ilk robotun adı isə Əlamətdir. Bu robot (II Abdülhamid) Əbdülhəmid Kakan həzrətlərinin əmri ilə Yeni qapı Mevlihanəsi saat ustası Musa Dədə (Dəvriş Dədə) tərəfindən 1889-cü ildə hazırlanmışdır. Əlamət robotu hər saat tamam olduqda azan oxumaq görəvini yerinə yetirərmiş.

Günümüzdə də Türk mühəndisləri müxtəlif formalı robotlar tasarlamışdır. Akıncı-2, Suralp, Akinoid-3 kimi robotlar Türk mühəndisləri tərəfindən tasarlanmış robotlardır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 438 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?