Arama
Rəqaib (rəğbət) gecəsi (qəndili)

Söz: Rəqaib (rəğbət) gecəsi.

Söz anlamı: Rəğbət bəsləmək, rəğbət etmək, sevmək, bol savab, fəzilətli əməl.

Dil kökəni (mənşəyi): Ərəb dili

Vaxtı: Rəcəb ayının ilk 4-cü günü ilə 5-ci günün bağlayan gecə.

Dini bağlılığı: İslam dini.

Dini əhəmiyyəti: Bu gecə mübarək üç ayın başlanması ilə üç aya, Allahu azim şanın lütfünə rəğbət edildiyi, sevildiyi gecə olaraq kütlanır.


Haqqında digər bilgi:

Rəqaib gecəsi, İslam dinində kutsal olaraq qəbul edilən gecələrdən birinin adıdır. Hicri təqviminin yeddinci ayı olan Rəcəb ayının ilk cümə günün başlandığı gecə, yəni ilk 4-cü gündən 5-ci gününə keçən gecədir. Rəqaib sözü "sevilən, rəqbət edilən, bol və dəyərli" anlamında olan raqibe sözünün çoxluğunda işlənən və "rəğbət bəsləmək, rəğbət etmək, sevmək, bol savab, fəzilətli əməl" anlamını verən Ərəb sözüdür. Bu gecə mübarək və Allahın lütfü ilə dolu üç ayın mahiyyətini anlamaq, idrak etmək (bu üç ayı gözəl yaşamaq üçün bir xatırlama, hazırlıq) məqsədi ilə müsəlmanlar tərəfindən ibadət və gözəl söhbətlər edilərək keçirilir. Türk kakanı II Səlim dönəmində minarələr arasında çəlikən kəndirdən asılan qəndillərin yandırıldığı zamandan sonra bu gecə həmdə rəqain qəndili adını almışdır. Müsəlmanlar bu gecənin mübarək gecə olması və Allaha olunan duaların bu gecə qəbul olunacağına inanırlar.

Bu gecənin Peyğəmbər s.a.s ana bətninə düşməsi ilə izah etməyə çalışan bəzi din adamları olsada İslam alimləri bunun hər hansı dəil olmadığı üçün qəbul etmirlər.

Rəqaib gecəsinin keçirilməsi və ya bu gecənin müqəddəs gecə olmasını bir başa bəyan edən ayə yoxdur. Bəzi hədislər olsada hədis alimlərinin böyük əksəriyyəti bu hədisləri zəif hədis hesab edir. Hətta İbnü’l-Cevzi bu hədisləri uydurma adlandırmışdır. Bu üzdən bəzi alimlər bu günün keçirilməsini bidət hesab edirlər. Bidət (yəni sonradan əlavə olunan) hesab edən alimlərdən əksəriyyəti belə bu bidətin xoş bidət olduğunu qəbul edirlər.

Ancaq bir çox alimlər hesab edir ki, cümə gününə, müsəlmanların gözəl əməl və ibadət etmələrinə, mübarək ayları dərk etmələrinə, gözəl yaşamın nə olduğunu idrak etmələrinə, müsəlmanların birlikdə söhbət və istişarə etmələrinə dair kifayət qədər hədislər var ki, rəqaib gecəsidə bunlardan fərli bir şey olmadığı üçün bu hədisləri bu gecəyə şamil etmək mümkündür.

Yazar: Şükür Məhişoğlu Oxunma: 79 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?