Arama
Qüvvə, iş, enerji və güc

Adı: Qüvvə, iş, enerji və güc.

Aidiyyatı: Fiziki anlayış.


Haqqında digər bilgi: Fiziki anlayış.

Kütləsi olan bir cismi (və ya cismin bir hissəsini) hərəkət gətirmək üçün həmən cismə olunan təsir qüvvət adlanır. Örnəyin, bir topu atan zaman topun hərəkət etməsi üçün ona olunan təsir qüvvət adlanır. Beynəlxalq vahidlər sistemində qüvvət ölçüsü Nyuton ilə ifadə olunur və N hərifi ilə işarə olunur. Bir kq ağırlığında cismi hər saniyə başına bir metr/saniyə sürəti ilə itələyə bilən qüvvətin ölçüsü bir Nyutondur (1 N). Yəni, bir Nyuton qüvvət elə bir qüvvədir ki, bu qüvvə ilə bir kq ağırlığında cismə təsir edəndə cisim a nöqtəsindən b nöqtəsinə müəyyən zamanda müəyyən sürətlə hərəkət etdikdə cismin aldığı sürəti cismin məsafəni qət etdiyi zamana böldükdə (aydındır ki, buna bərabər sürətli olmayan hərəkətdə təcil deyilir) hər saniyə başına saniyədə bir metr sürətlə hərəkət etmiş olsun. Qüvvə isə F hərifi ilə işarə edilir. Qüvvə vektorial kəmiyyətdir. Yəni, qüvvənin istiqaməti vardır.

1 N = 1 kq × (1 metr/saniyə/saniyə)

1 N = 1 kq × 1 metr/saniyə2

N=F (qüvvə), 1 kq=m (kütlə) və 1 metr/saniyə2=a (təcil) olduğunu bilərək qüvvənin düsturunu yazırıq.

F = ma

Qüvvə ilə cismə təsir edən zaman cisim qüvvə istiqamətində hərəkət etdərsə bu bir işin görülməsi hesab olunur. Örnəyin, əlinlə masanı itələyərək 2 m məsafəyə aparadığın zaman bir iş görmüş olursan. Müəyyən qüvvəyə malik bir mühərrik bir aracı müəyyən məsafəyə aparırsa bu zaman bir iş görmüş olur. İş A hərifi ilə işarə olunur. İşin ölçü vahidi isə Col adlanır və j hərifi ilə işarə olunur. Bir Col, 1 N qüvvə ilə cismi 1 m məsafəyə aparan zaman görülən işdir.

1 j=1 N × 1 m

1 j=A (iş), 1 N =F (qüvvə) və 1 m=l (məsafə) olduğunu bilərək işin düsturunu aşağıdakı kimi yaza bilərik.

A = Fl

İş görülən zaman bir birikim tükətilir. Örnəyin, avtomobilin mühərriyi çalışır, qüvvə əmələ gəlir, qüvvə avtomobilə təsir edir və avtomobil müəyyən məsafədə hərəkət etdiyi zaman aydındır ki, yanacaq tükətməkdədir. Bu bir enerjidir. Və ya, hündür yerdə duran top birikmiş bir potensial enerji hesabına (sonra kinetik enerjiyə çevrilərək, aydındır ki, enerji məhv olmur, bir şəkildən başqa şəkilə cevrilir) aşağıya doğru hərəkət edir. Enerjinin göstəricisi onun gücüdür. Güc P hərifi ilə, güc ölçüsü isə w hərifi ilə işarə olunur və vatt ilə ifadə olunmaqdadır. Güc vahid zamanda görülən işdir. Bir vatt bir saniyədə bir col işin görülməsidir.

1 w= 1 j / 1 saniyə

1 w=P (güc), 1 j=A (iş) və 1 saniyə=t olduğunu bilərək güc düsturun aşağıdakı kimi yaza bilərik.

P = A/t

Yazar: Şükür Məhişoğlu Oxunma: 1936 Bölmə: Fizika
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?