Arama
Qorqud Ata ya da Dədə Qorqud

Adı: Qorqud Ata ya da Dədə Qorqud.

Milliyyəti: Türk.

Doğulduğu yer: Bilinmir (çox güman Ötükən).


Haqqında digər bilgi:

Qorqut Ata, bəzi bilgilərə görə Oquz kaqan dönəmində bəzi bilgilərə görə Türklər tərəfindən İslamı qəbul etdikləri ilk illərdə yaşamışdır. Oquz kakanın tüşumeli (yardımçısı) olduğuda güman edilməkdədir.

Bəzi mənbələrə görə Qorqud sözü Qor sözündən törəmiş korkutmak, qorxutmaq sözünün (feilindən gəlir) qısaldılmış şəklidir, mənası “heybətli, böyük” deməkdir (1). Bəzi qaynaqlar isə Qorqud sözünü Qara qurd olaraq açıqlamaqdadılar və mənasını “böyük qurd” kimi izah edirlər (2). Bəzi qaynaqlarda isə Qorqud adı “dağ quşu, laçın” kimi qeyd edilmişdir (3). İzahlı lüğətdə Qorqut sözünün anlamı “uzaqgörən, ağıllı” kimi verilmişdir. Yazarlardan biri isə Qorqud sözünün mənasını qor sözünə dayanaraq od, atəş, xoşbəxtliyin olduğu yer kimi izah etməyə çalışmışdır (4).

Həyatı haqqında bilgi yox dərəcəsindədir. Haqqında olan bilgilərin böyük əksəriyyəti dastanlara, o cümlədən Dədə Qorqud dastanına dayanmaqdadır. Dədə Qorqudu biz övliya, şeyx, ozan kimi tanımaqdayıq. Bizə çatan dastan bilgilərinə görə quşların dilini bilir. Söhbətlərini, nəsiətlərini Dədə Qorqud dastanından oxumaqdayıq.

Tarixdə Dədə Qorquddan başqa Qorqud adında bir çox şəxslərdə olmuşdur ki, bəzən bunlar Dədə Qorqud ilə qarışdırılır. Adları Qorqud olmuş və bilinən şəxslər bunlardı: X yüzildə Peçenek başbuğlarından birinin adı Qorqud olmuşdur, Kayı boyunda Qorqud adında bir şəxs təsbit edilmişdir, 1160-cı illərdə Oğuzların içində Qorqud adlı bir bəyin olduğu müəyyən edilib, Osmanlı soyundan iki şahzadənin adı Qorqud olmuşdur, Ramazan oğullarından Halil bəyin oğlunun adı Qorqud olmuşdu, Manas dastanında Qorqud adlı bir nəfərin adı keçməkdədir (3).

Qaynaqlar.

(1) - Dedem Korkudun Kitabı, Orhan Şaik Gökyay.

(2) - Dede Korkut kişi adının köken ve anlamı məqaləsi, Dr. Yusuf Gedikli.

(3) - Canlı Dədə Qorqud məqaləsi, E.M. Cavadov.

(4) - Azərbaycan toponimləri məqaləsi, Firudin Cəlilov.

Qorqud Ata ya da Dədə Qorqud
Dədə Qorquda nisbət edilərək çəkilmiş şəkil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 29 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?