Arama
Qopuz (Türk simli musiqi aləti)

Qopuz Türk bodununa məxsus simli musiqi alətidir. Adı bəzi tədqiqatçılara (Banq V.) görə qopmaq, durmaq, qalxmaq mənasını verən kop sözündən törəmişdir. Türk kakanlıqı bilgi bitigə görə isə qop sözü kop sözündən törəyib qopmaq, durmaq, qalxmaq, ucalmaq mənasını verməkdədir. Uz sözü isə öz sözüdür ki, qopuz sözünün mənası ucalan, yuxarı qalxan, ucalmış mənasını verməkdədir. Qədim Türk boyları arasında qopuz musiqi alətində çalan şəxslər baxşi, yanşaq (anşaq, aşıq), varsaq və ya ozan adlanırdı.

Qopuz çalan adama ozan deyilir. İlk qopuz və ozan haqqında bilgi m.ö VI minilliyə aiddir. Güney Azərbaycanın Şuşdağı ətəyində 1960-cı ildə aparılmış arxoloji qazıntılar zamanı əlində qopuz tutmuş ozan təsviri olan saxsı qablar tapılmışdır.

Qopuz kutsal alət hesab olunur. Xəstəliklərin müalicəsində belə qopuz səsindən istifadə olunurdu. Qədim Türk yasalarına görə qopuzu hər ağacdan düzəltmək olmazdı. Qopuzu cam (qaraqay), qoz, tut, ardıc, sədir ağaclarından düzəltmək olar. Qopuz quyruq, çanaq, qol və başdan ibarətdir. Qədim dövrlərdən bəri qopuzun teli (simi) at quyruğundan hazırlanır. Qopuz mizrab və ya yay adlanan aracla çalınır.

Musiqi tarixçilərinin və musiqişunasların iddiasına görə qopuzlar çanaq qurluşuna görə və tellərinin sayına (iki simli, üç simli və beş simli) görə əsasən üç yerə ayrılırlar: Ozan qopuzu, gümüş dilli qopuz və Türküstan qopuzu. Uzun çanaqli və üç telli (bəzən iki telli) qopuz ozan qopuzu adlanır və “Dədə Qorqud” dastanında təsvir olunan "qolça qopuzun" eynidir. Türküstan (rum qopuzuda adlanır) qopuzu adlanan qopuz isə Mahmud Kaşqarlının “Divani Lüğəti-Türk” əsərində təsvir olunan qopudur və beş tellidir. Tuva qopuzuda adlanan “gümüş dilli qopuz” qopuzun canağı dördbucaqdır. Bu qopuz "Manas" dastanında təsvir edilən qopuzdur.

Ud, cokur və başqa simli musiqi alətləri qopuzun təsirindən yaranmış musiqi alətləridir. Saz simli musiqi alətidə qopuzun daha inkişaf etmiş halıdır.

Qopuz Türk nağıl və dastanlarında daima təsvir edilmişdir. Dədə Qorqud, Əhməd Harami, Manas və başqa dastanlarda tez tez qopuza və ozana müraciət edilir. Nağıl və dastanlarda Qopuzun kutsallığı qopuzun göyə ucması və ya ölməsi kimi təsvir edilməkdədir.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?