Arama
Qonur ayı (heyvan)

Adı: Qonur ayı (Ursus arctos).

Dəstə: Yırtıcılar (Carnivora).

Fəsilə: Ayılar (Ursidae).

Kateqoriyası və statusu: LC; II.3.

Sayı: Təqribən 500-700 fərd mövcuddur.

Yayılması: Böyük və Kiçik Qafqaz, Talış dağları, dağətəyi ərazilər.

Yaşayış yerləri və həyat tərzi: Bəzən meşəli, bəzən isə qayalı çılpaq əraziləri əhatə edir. Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Cütləşmə dövrü may-iyul aylarında baş verir. Boğazlıq dövrü latent mərhələ ilə birlikdə 6-8 ay çəkir. Balalar yanvar-mart aylarında hələ qış yuxusu dövründə dünyaya gəlirlər. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirə bilirlər. Laktasiya müddəti 18-30 ay çəkə bilir, balaların böyüməsi və təlimi ilə ana fərd məşğul olur.

Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən birbaşa təqib olunması və yaşayış yerlərinin daralmasıdır.

Mühafizəsi üçün həyata keçirilən tədbirlər: CİTES Konvensiyasının 2 №-li Əlavəsinə daxil edilmişdir.

Mənbə: https://azerbaijan.az/

Qonur ayı (heyvan)
Qonur ayı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 2741 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?