Arama
Qıpçaqlar və Qıpçaq adı

Muzdağdan sonra Göyqurdun bələdçiliyində batıya gedərək ordusu ilə birlikdə İtil-Müren çayına çatdı. Oquz kakanın əmisi oğlanlarından olan Uluq Ordu bəy ulu ağaclardan düzəltdiyi qayıqlarla ordunu İtil-Müren çayından batıya keçirdiyindən Oquz kan onu mükafatlandıraraq İtil-Müren çayının batısındakı torpaqları onun boyuna bağışladı, orda bir el qurub onu kan etdi. Özünədə Türkcədə oyuq ağac mənasını verən Qıpçaq adını verdi.

Başqa bir söylənişə görə Oquz kaqandan əvvəl Türklərdən birinin arvadı, ağac koğuşuna girmiş və orada uşağını doğurmaq məcburiyyətində qalmışdı. Dönəmin kanı, qadının sağlamlıqla doğum etməsinə sevinmiş və uşağa Qıpçaq adını vermişdi.

Digər bir mənbənin məlumatına görə Oquz kaqan Göl qızı ilk dəfə adadakı ağac koğuşunda görmüş, onunla evlənmiş və ona görədə bu evlilikdən törəyənlərə Qıpçaq deyilmişdir (fərqli söylənişə görə Oquz kaqanın 6 oğlu eyni qadının oğlu olmuşdur. Göl qızın doğduqları isə burda qeyd edildiyi kimi Qıpçaq adını almışlar).

İstənilən halda demək olar ki, bütün qədim Türk mənbələrində Qıpçaq sözü ağac koğuşu mənasını verir və ya onunla bağlıdır. Hadisənin necə olmasından asılı olmayaraq Qıpçaq adının ağac koğuşu ilə bir bağlılığının olması yəqindir. Qıpçaqlar İtil çayının ətrafının fəthində iştirak etmişlər. Bu fədakarlıqlarına görə də Oquz kaqan bu torpaqları onlara vermiş və burda Qıpçaq eli qurulmuşdur. Lakin, bu o demək deyil ki, Qıpçaqlar bu yerlərə ilk dəfə Oquz kaqanla birlikdə gəlmişlər. Qıpçaqlar Oquz kaqandan əvvəldə (m.ö 8-ci yüz illikdə) bu torpaqların fətində iştirak etmişlər. Və m.ö 8-ci yüz illikdən də bu yerlərdə Qıpçaqlar yaşamaqda idilər. O zamanlar bu boya Qıpçaqlar deyilmirdi. Oquz kaqanın verdiyi addan sonra bu boy Qıpçaq adı ilə anıldı. Bu zamanda etibarən Qıpçaqlar burda daha kütləvi məskunlaşmışlar. Daha sonra vaxtı ilə məskunlaşdıqları yerlərə yenidən yayılmağa başladılar. Özi çayına qədər Qara dənizin quzeyindəki çöllərə hakim oldular. Buraları Dəşti Qıpçaq şəklində öz adlarıyla adlandırdılar. Bölgədə yaşayan Bolqar (hal hazırda mövcud olan bolqarlar bunlarıdan törəmiş olsalarda artıq kimliklərini itirmişlər və slaviyanlaşmışlar), Alan, Burtas, Ulah, Mordva və digər bu kimi Türk boylarını hakimiyyətləri altına aldılar və onlarla qohum olub müxtəlif boylar yaratdılar.

Qıpçaqlardan bir qisimi Özi çayının batısına gedib indiki Macar elinə girdilər. Burda yeni bir Qıpçaq boyu yarandı. Bir qisimi isə İdil çayı sahəsinə yəni Bolqar Türklərinin yurduna çatdılar. Qıpçaqların bundan əvvəl bura gəldikləri zamanda Bolqar Türkləri Qıpçaqlarla qohum olmuşlar və bu qohumluqdan Kasar (Kazan yaxud Kazar) adlı boy yaranmışdır (hesab edirik ki, bu qohumluq və Kasar boyunun əsasının qoyulması Oquz kaqandan əvvəl, bu boyun inkişafı isə Oquz kaqan dönəmində olub). Sonrakı yüz illikdə isə bir qisim Qıpçaqlar Oquz boyundan Becenek boyu ilə qohum olub Kimek boyunu əmələ gətirdilər. Bundan başqa Kanqlı və Karakalpak boylarıda Türklərin Qıpcaq qoluna məsubdular. Qıpçaqların ən böyük və ana boyu isə Kumanlar oldu.

Yazar: Şükür Məhişoğlu Oxunma: 781 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?