Arama
Qərarlı (laminar) və qərarsız (turbulans) axın

Adı: Qərarlı (laminar) və qərarsız (turbulans) axın.


Haqqında digər bilgi:

Qərarlı (laminar) axın, maye və qazın hərəkət istiqamətində, laylar şəkilində nizamlanmış axınıdır. Qərarlı axında ümumi axan cismin axış (axım) sürəti zaman içində dəyişməz. Ancaq, qərarlı axında laydan-laya keçdikdə molekulyar qatılıqdan asılı olaraq sürət tədricən və sürəkli dəyişir. Qərarlı axın, axının sürətinin aşağı olduğu hallarda görülməkdədir.

Qərarsız (turbulans, turbulent) axın, maye və qazın nizamlanmamış, düzənsiz axınıdır. Axın zamanı (fiziki məhdudlaşdırıcının) səthlərdə baş verən sürtünmələrdən, axın istiqamətində olan maneə ilə axının toqquşmasından və axının sürətinin yüksək olması səbəbindən ortaya çıxmaqdadır. Qərarsız axında maye və qazın axın içində sanki burulması müşahidə edilir.

Axında ətalət qüvvələrinin mayenin özüllük qüvvələrinə olan nisbəti tapılaraq axının qərarlı ya da qərarsız axın olmasını müəyyən etmək mümkündür. Bu nisbət aşağıdakı düsturla hesablanır (bu düstur axış ədədi ya da Osborne Reynoldsun adı ilə Reynolds sayı yaxud Reynolds ədədi düsturu adlanır).

Re=ρvad / μ = vad / vö

Burda: ρ - axının sıxşığı, va - axının sürəti, d - borunun çapı (diametri), μ - axışqanın dinamik özlülüyü, vö - axışqanın kinematik özlülüyü: νö = μ / ρ

Yuxarıdakı düsturla nisbət hesablandıqda əgər Re < 2300 olarsa o zaman axın qərarlı axın, 2300 < Re < 4000 olarsa keçid, aralıq bölgə axını, Re > 4000 olarsa qərarsız axın olur.

Qərarlı (laminar) və qərarsız (turbulans) axın
Qərarlı (laminar) və qərarsız (turbulans) axınların cizgisi.
Qərarlı (laminar) və qərarsız (turbulans) axın
Axış sayı
Yazar: Şükür Məhişoğlu Oxunma: 1180 Bölmə: Fizika
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?